Şeyx Zəkzaki və xanımını həbsxanada zəhərləyiblər
Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzaki və xanımını həbsxanada zəhərləyiblər. FaktXeber.com-un alahednews-a istinadla verdiyi məlumata görə, əcnəbi həkimlər onları müayinə etdikdən sonra belə qərara gəliblər.
Həkimlərin sözlərinə görə, İslam aliminin ağır metallarla zəhərləndiyi müəyyən olunub. Araşdırma zamanı onun qanından təhlükəli səviyyədə qurğuşun və kadmiya görünüb. Həkimlər təkcə bu faktın onun təcili şəkildə yüksək ixtisaslı həkimlər tərəfindən nəzarətə götürülməsinə kifayət etdiyini vurğulayıblar. Halbuki hesabata görə, bundan başqa Şeyx Zəkzakinin ürəyinə qan yaxşı işləmir, bu isə ürək tutması riskini artırır. Onda həmçinin ağır boyun spondiliti müşahidə edilib, hansı ki, sinir kökünü sıxır. Sənəddə bildirilir ki, Şeyxin sağ gözündə qlaukoma və sarı ləkə kimi problemlər korluqla nəticələnə bilər. Sağ gözü isə tamamilə görmə qabiliyyətini itirib. Şeyxin həyat yoldaşı xanım Malama Zeenah İbrahimdə isə sinus aritmiyası – ürək döyüntülərinin qeyri-stabil atması müşahidə olunub. Bundan başqa onun diz oynağında ağırlar və sancılarla müşaiyyət olunan ikitərəfli osteoartrit aşkarlanıb. Həkimlər xanım Malamanın dərhal əməliyyat edilməsinin vacibliyini vurğulayıblar. Bundan başqa onun ciyərində ağırlaşmalar və biliyar komplikasiyalar müşahidə olunub. Həçmçinin sol gözündə katarakta aşkarlanıb. Həkimlər xanım Malamanın güclü ürəkbulanma və mədə ağrılarından da əziyyət çəkdiyini deyiblər. Həkimlərin sözlərinə görə, bütün bu faktlar həm İslam aliminin, həm də xanımının dərhal xəstəxanaya yerləşdirilərək, yüksək ixtisaslı həkimlər tərəfindən müalicə edilməsinin vacibliyini göstərir. Digər tərəfdən Nigeriya İslam Hərəkatı bir bəyanat yayaraq, Şeyx Zəkzakinin və həyat yoldaşının tez bir zamanda azadlığa buraxılmalarını tələb edibdir. Ölkənin müxtəlif şəhərlərində bununla bağlı aksiyalar keçirilib. Xatırladaq ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zaria şəhərində Bəqiyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri, ölkə şiələrinin lideri Şeyx Zəkzakinin evinə hücum edib. Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya göndərilib. Müxtəlif məlumatlara görə hücum zamanı onun 3 övladı da daxil olmaqla 300-100 nəfər şəhid edilib. Bundan başqa Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır. Oxşar xəbərlər
|