Qərb elmi şərqdən öyrənib
Mьəllif: admin1
Tarix: 14-04-2014, 13:09
Bцlmə: Bilirsinizmi?
İslam meydana gəldiyi ilk vaxtlardan elm himayə etmiş, fəhsil almağı hər bir fərq üçün vacib saymışdır. Dinimiz hər bir sahədə olduğu kimi, elm sahəsində də üstün və açıq dünyagörüşə malikdir. İslamın elm barəsində olan əqidəsini olduğu kimi anlamaq üçün təkcə bunu yada salmaq kifayətdir ki, Həzrətə Məhəmmədə (s) Həra dağında peyğəmbərlik verilərkən ona nazil olan ilk ayələr «Oxu» əmri ilə başlanmışdır.

«Oxu! Allahın adı ilə ki, (məxluqatı) yaratdı. O Allah ki, (insanı) qan laxtasından yaratdı. Oxu və sənin Allahın (hamıdan) çox kərimdir. O Allah ki, sizə qələmlə yazmağı öyrətdi. İnsana bilmədiklərini öyrətdi». («Ələq» surəsi 1-5)

Dinimizin elmi zehniyyəti əvvəlcədən Qurani-Kərim tərəfindən açıqca ortaya qoyulmuş və təqdir edilmişdir. «elm» kəlməsi və ondan alınan isim və fellər Quranda təqribən 750 dəfə işlənmişdir. «Elm» ilə yaxından əlaqəsi olan «hikmət», «kitab», «düşünmək», «diqqət etmək» və s. bu kimi terminlər bu mənanı ifadə etməkdədir.

Bütün bunlardan əlavə, Məhəmməd (s) peyğəmbərin və Əhli-beytin (ə) müxtəlif hədislərdə elm və savad öyrənməyə, elm əhlinə verdiyi yüksək dəyər və qiymətlər göz qabağındadır. İslamın böyük peyğəmbəri Məhəmməd (s) əxlaqi və fərdi xüsusiyyətlərinə görə bəşəriyyətin ən görkəmli şəxsiyyəti olmaqla yanaşı elm və maarifin insanlar arasında yayılmasının ən kəskin tərəfdarı idi. «Beşikdən qəbrə qədər elm öyrən», «Elm Çində olsa belə onun dalyıca get»-deyə əmr edən, Peyğəmbərmizin (s) müxtəlif döyüşlər, müharibələr zamanı əsir tutulan kafirləri, pul və mal-dövlət müqabilində deyil, məhz on nəfər müsəlmana yazıb-oxumağı öyrətmək şərti ilə azad edirdi. Tarix boyu müsəlmanlar İslamın nurlu göstərişlərindən faydalanaraq daim elmi tərəqqi və inkişaf yolunda Avropa xalqlarından irəlidə olmuşlar. Ronesans dövrünə qədər, hətta orta əsrlər boyu cəhalət, azğınlıq batlaqlarında qədər olan Avropada məhz İslamın və müsəlmanların köməyi sayəsində elmə doğru rəğbət oyanmışdır. Onu da qeyd etmək lazımdır ki, kitab və kitabxanaların avropalalır üçün dəyərsiz əşya olduğu zaman və bütün Avropanın kilsə və monastrlarında cəmi 500 dini kitabın mövcud olduğubir vaxtda, İslam ölkələri zəngin kitabxanalar və elm mərkəzləri ilə bəzənmişdir. Bağdad şəhərində «Beytül-hikmət» adlı kitabxanada (215-ci ildə təsis olunub) 4 milyon, Şamin «Qrablos» kitabxanasında 3 milyon, Qahirədə «Səltənət» kitabxanasında isə 1 milyon kitab mövcud idi. Qahirədə «Səltənət» kitabxanasında isə 1 milyon kitab mövcud idi. Orada mövcud olan kitablar müxtəlif dillərdə, müxtəlif elmi fənləri əhatə edirdi.


Riyaziyyat:

Baron Karol Duu yazırdı: «Müsəlmanlar müxtəlif elmlərdə böyük müvəffəqiyyətlər əldə etmişdilər. Onlar ədədlərin işlədilməsini xalqa öyrətmişdilər…» E.F. Qautye bu barədə yazır: «Yalnız cəbr deyil, digər elmlərini də Avropa müsəlmanlardan qazanıb. Bu günkü müasir riyaziyyat gerçekdən İslam riyaziyyatından başqa bir şey deyildir!»

Avropalıların bu gün işlədikləri riyazi terminlərin çoxunun ərəb mənşəli olması buna ən yaxşı sübutdur. Alqebra ərəbcə əl-cəbr deməkdir. Fransız dilində hesab rəqəmlərinə «ərəb rəqəmləri» deyilir.

• Triqonometriyanın gerçək mənada əsasını qoyan Bəttanidir (858-929). Sinus tapanlar da müsəlmanlardır. Triqonometriyaya tangens, kotangens və kosekansı Əbül-Vəfa (940-998) qazandırmışdır. Triqonometriya ilə bağlı ilk elmi və ciddi əsəri Nəsrəddin Tusi yazmışdır. (1210-1274).

• Sıfrı ilk dəfə işlədən Xarəzmi cəbr elminin təməlini qoymuşdur. (780-850) İlk cəbr kitabını «əl-Cəbr» vəlmüqabele da o yazmış və həmən əsər bu gün cəbr elminin təməli sayılır.

• Ədəddən və vergüldən ilk istifadə edən də müsəlmanlardır.

• Nyutona aid edilən binon formulunu cəbrə qazandıran isə Ömər Xəyyamdır (vəfat:1123). Differensional hesab da, Hüytondan əvvəl Sabin Kurra tərəfindən tapılmışdır. (vəfat: 901) Geometriyadan ilk istifadə də Dekart (1596-1650) deyil, Sabit ibn Kurradır.

• Avropalılardan bir neçə əsr öncə funksiya fikrini ilk dəfə Əbu Rəyhan Biruni atmışdır. Onluq kəsr sistemini tapan, bu mövzuda əsər yazan il kalim isə Qiyasəddin Cəmşiddir (vəfat:1429).

Müsəlman riyaziyyatçılarının keçmişdə etdiyi mühüm kəşflər hələ də diqqət mərkəzindədir. Onlar səma cismlərinin hərəkətlərini öyrənmək və hesablamaq üçün nəzərdə tutulan «Astronab» cihazini da kəşf etmişlər.


Cöğrafiya və Botanika:

Məşhur fransız tarixçisi Doktor Qustaf Label yazır:

«Müsəlmanlar gəmiçilikdə həmişə mahir olmuşlar və çox uzaq məsəfələrə etmişlər. Onlar Çin və Afrikanın ucqar bölgələri ilə ticarət saxlayırdılar. Həmin dövrlərdə bu məntəqələr avropalılar üçün əl çatmaz yerlər sayılırdı. Süleyman adı səyyah öz «Səfərnaməsini» çap etdirmiş və bu kitab Avropada da nəşr olunmuşdur.

• Əbu Reyhan Biruni neçə əsr öncə Amerikanın mövcudluğundan bəhs etmişdir.

• Orta əsrlərdə ən böyük botanik və əczaçı İbn Baytar (1190-1248), 1400-ə yaxın bitki və dərman təsvir edən kitabları ilə 16-cı əsrə qədər elm mənbəyi olmuşdur.


Kimya:

Vil Dorant yazır: «Kimyanın elm kimiformalaşması müsəlmanların elm fəaliyyətlərinə bağlıdır. Kimya dedikdə, göz önünə Cordono Brunonun dünyanın 12 dahisi sırasında yer verdiyi «kimyanın atası» sayılan, Cabir ibn Həyyan gəlir. Cabir İbni Həyyan İmam Sadiqin (ə) şagirdi və böyük elmi şəxsiyyətlərdən biri olmuşdur. O, kimya elmində fövqəladə məharət qazanmışdı. Maks Mirhof onun barəsində belə deyir: «Cabir bütün dünyada ərəb kimyasının atası sayılır. Onun yüz cildə yaxın kimya elminə dair kitabı hələ də əllərdədir və həmin kitabların müasir kimyaya nüfuzu çox güclüdür». O, yaratdığı öz şəxsi labaratoriyasındabir çox turşuları kəşf etmiş, atomun ətrafında fırlanan elektron haqqında ilkin məlumat vermişdir. Avropa alimləri etiraf edirlər ki, indiyədək kəşf olunan elementlərdən on doqquzunu, o kəşf etmişdir.

Kimya sahəsində kəşflər edən müsəlman şəxsiyyətlərindən də başqa bir nümunəsi Zəkəriyyayi Razidir. Doktor Mirhof, Razi haqqında belə yazır: Onun «Kimya sənəti» kitabı son zamanlarda bir hind şahzadəsinin kitabxanasından tapılmışdı. Razi bu kitabda müxtəlif maddələrin təsnifatını vermiş və onların hər birinin xəssələrini dəqiqlikdə göstərmişdir». Razi sülfat turşusunu və saf spirti ilk dəfə əldə etmişdir.

Villdorant yazır: «Kimyanın elm kimi formalaşması müsəlmanların təşəbbüslərinə bağlıdır. Çünki onlar dəqiq elmi müşahidələr və təcrübələr apararaq, bu elmin təşəkkül tapmasında müstəsna rol oynamışlar. Müsəlmanlar bir çox maddələri tərkib hissələrə bölə bilmiş, daşların təsnifatını tərtib etmişlər. Turşu və qələvilərin xassələrini aydınlaşdırmış, onların rolunu dəqiq müəyyənləşdirə bilmiş və yüzlərdə yeni tibbi dərmanlar aşkar etmişlər.


Tibb:

Xristianlar İbni Sina, Cabir İbni Həyyan, Həsən İbni Heysəm və Zəkəriyya Razinin latınca tərcümə etdilər və hal-hazırda da həmin tərcümələrdən istifadə edirlər. Doktor Qustav Loben yazır: «Müsəlmanlar müalicə üsullarında bir çox kəşflər etmişlər. O, cümlədən, tif xəstəliyinin müalicəsində soyuq sudan istifadə edirdilər ki, bir neçə əsr sonra avropalılar da həmin üsula müraciət etməli oldular. Müsəlmanların ixtira etdiyi bar çox kimyəvi tərkiblər hələ də işlədilməkdədir. Onlar dərmanları xüsusi üsullarla hazırlayırdılar. Uzun əsrlər keçdikdən sonra Avropada həmin dərmanlar yeni üsul adıyla tətbiq edilməyə başlamışdır.

• Tibb dedikdə həkimlər sultanı İbn Sina (980-1037) göz önünə gəlir. Onun «Qanun kitabı» qərbdə «Tibbin İncili» kimi tanınmış, illər boyu Avropa universitetlərində dərslik olmuşdur. Bu kitab 15-ci əsrlərin Avropada 16 dəfə, 16-cı əsrdə isə 20 dəfədən artıq çap olunmuşdur.

• Məşhur müsəlman təbibi və kimyəjəri Məhəmməd ibn Zəkəriyya Razi (864-925) əksəriyyəti tibbə aid olan 200-dən çox kitab yazmışdır. O, çiçək, qızılca və qızdırma xəstəliklərini kəşf etmiş və bu mövzuda ilk əsəri də məhz o yazmışdır. Bu əsərlər əvvəlcə latınca, 4 əsr müddətinə isə müxtəlif Avropa dillərinə tərcümə edilmişdir.

• İbn Sinan «Qanun» adlı əsəri yüz illərcə göz sahəsində dəyərli kitab olaraq qalmışdır. Qeyd etmək lazımdır ki, gözdəki retina təbəqəsinin fuksiyasında ilk dəfə bəhs edən İbn Rüşddür (1126-1198) Doktor Mirhof İbn Sinanın «Qanun» adlı kitabı haqqında deyir: «Bu kitab İslam aləmində təbabət haqqındakı şah əsərlərdən biridir. 15-ci əsrin axırlarında bu kitab Avropada 16 dəfə çap olunub və yayılıb. 15 dəfə latınca, bir dəfə də ərəbcə çap edilib. 16-cı əsrdə 20 dəfədən artıq çap olunub. Bu da həmin əsərin əhəmiyyətini aşkar şəkildə göstərir.

• Kiçik qan dövranını Avropa alimlərindən təxminən 300 il əvvəl İbnun-Nəfis (1210-1288) kəşf etmiş və onu incəliklərinə qədər açıqlanmışdır.

• İbrahim Cəssar (vəfat: 1009 m.) cüzamın səbəb və müalicəsini göstərmiş, elmi yollarla vəbanın yolxucu bir xəstəlik olduğunu isə İbn Hatib (1313-1374) sübut etmişdir.

• Əli ibn Abbas (vəfat: 994) dövrümüzdəki müasir əməliyyatlara uyğun bir tərzdə xərçəngə qarşı əməliyyat keçmişdir. Onun qələmə aldığı «Kitabül-Məliki» adlı tibb ensiklopediyası indii də, Qərbdə heyranlıqla oxunmaqdadır.

Mak-Kapin dediynə görə, təkcə Bağdadda 60 aptek mövcud idi. Avropalıların əlində olan bir çox dərman bitkilərinin və otların adları hələ də ərəb mənşəli sözlərdən təşkil olunmuşdur. Bu da bir daha sübut edir ki, həmin dərman bitkilərini avropalılar müsəlmanlar vasitəsilə tanınmışlar.

Qeyd etmək lazımdır ki, İlk xəstəxəna isə 707-ci ildə Vəlid İbn Əbdülməlik tərəfindən qurulmuşdur. Mak-Kap yazır: «Qahirədə böyük bir xəstəxana tikilmişdir. Orada fəvvarələr, bağçalar və dörd iri həyət mövcud idi. Həmin xəstəxanaya müalicəyə gələn kasıb adamlarar sağaldıqdan sonra oranı tərk edən vaxt onlara beş ədəd qızıl sikkə də verilirdi!»


Fizika:

• Yerin cazibə qüvvəsinin Nyüton tərəfindən kəşf edildiyini düşünürük. Halbuki, Razi və Biruni neçə əsr öncə yerin cazibəsini kəşf etmiş, bu sahədə nəzəriyyələr ortaya atmışlar.

• İlk uçuş sınağını ismayıl Cövhəri (950-1010) həyata keçirərək həlak oldu. Həzarfən Əhməd Çələbi isə (17-ci əsr) ilk uğurlu uçuşu həyata keçirə bilmişdir. O, taxdığı «qanadlar» ilə İstambuldakı Qalata qülləsindən Çsküdardakı Doğaşlara qədər uçmuşdur.

• İlk təyyarəni hələ 880-ci ildə İbn Firnans adında bir İslam alimi qurmuşdur. O, quş tükü və qumaşdan istifadə edərək hazırladığı təyyarəsi ilə uzun müddət havada qalmış və daha sonra süzərək yerə enmişdir. Qərbdə isə Oliver Rayt qardaşları 1903-cü ildə buna nail ola bilmişlər.

• Farabi (870-950) səsin fiziki izahını vermişdir. İbn Karara (vəfat: 1100) ilk torna dəzgahını qurmuşdur. Əhməd ibn Musa «Mükkəmməl nizamlar» adlı əsərində 1000-ə qədər avtomatik nəzarət sistemli alətin şəklini çəkmişdir. Əbu Tsmayıl əl-Cəzəri (vəfat:1206) isə «Kitabül-hiyəl» adlı mükəmməl əsəri ilə kibernetikanın qurucusu olmuşdur.

• Nəsirəddin Tusinin tələbəsi Qütbəddin Şirazi, Dekartdan 300 il öncə göy qurşağı hadisəsini düzgün bir şəkildə izah etmişdir.

• Atomda böyük bir enerjinin olduğunu, parçalana biləcəyini və parçalandığı zamanda Bağdadı alt-üst edə biləcək bir gücə sahib olduğunu irəli sürən Cabir İbn Həyyandır (721-805).


Astronomiya:

Müsəlman alimlərini ən çox maraqlandıran bir elm sahəsi də, astronomiya olmuşdur. İslam ölkələrinin demək olar ki, hər böyük şəhərində bir rəsədxana var idi. Cordano Bruno (1546-1601), Kopernik (1743-1543) və Qaliley (1564-1642) kimi bir çox qərb alimlərinə məhz müsəlmanların bu sahədəki əldə etdikləri nailiyyətlər İlham qaynağı olmuşdur.

• 9 və 10-cu əsrlərdə dünyanın kürə şəkilli olduğunu və fırlandığını Musa qardaşları təsbit etdi. Onlar Sincan səhnəsini ölçərək yerin bir dərəcəlik meridianını təsbit etmişdilər. Sadəcə bir qədər yanılaraq ekvatorun uzunluğunun 3900km-ə yaxın hesablamışdılar. (Müasir elm isə onu 4000 km, hesab edir).

Musa qardaşlarından səkkiz əsr sonra (1736) Madpetlisin rəhbərliyi altında qərb alimləri bu sahədə müvəffəqiyyətlər əldə edə bildilər. Florensiyalı qalileo Qaliley isə onlardan dörd əsr sonra dünyanın fırlandığını iddia etdi.

Bir halda ki, Biruni ondan neçə əsr əvvəl yerin həm öz oxu ətrafında həm də, günəşin ətrafında fırlandığını isbat etmişdi. Qeyd etmək lazımdır ki, Qurani-Kərim bu barədə hələ 7-ci əsrdə məlumat vermişdir.

• Günəşin üzrindəki ləkələri kəşf edən Fərqaninin astronomiya sahəsindəki əsərləri Avropada 700 ilə qədər dərs kitabı olaraq oxunurdu. Tropik əyriliklərini ilk dəfə olaraq o hesablamışdı.

• Dünyanın məşhur astronomu arasında ön cərgədə yer alan Bəttaninin «Sabi cədvəlləri» adlanan astronomiya cədvəlləri 15-ci əsrə qədər Avropada əsas kimi qəbul edilirdi.

O, günəş ilini hələ müasir texnologiya olmadığı bir zamanda bu günkünə tam uyğun, yalnız 24 saniyə fərqli olaraq hesablaşmışdır.


Sənaye:

• İlk dəfə pambıqdan kağız istehsal etməyi öyrənənlər müsəlmanlardır. Kağız fabriki 794-cü ildə Bağdadda Harunər-Rəşidin vəzirinin oğlu İbn Fəzl tərəfindən quruldu. Belə bu fabriki müsəlmanlar 800-cü ildə Misr və 950-ci ildə İspaniyada inşa etdilər. Avropada isə kağız fabriki 1102-ci Siciliyada, 1228-ci ildə Almaniyada, 1309-cu ildə isə İngiltərədə qurulmuşdur.

Kasiri «Eskorial» kitabxanasında 1009-cu ildə kağız üzərində yazılmış bir kitab aşkara çıxarmışdı. Bu kitabdan məlum olurdu ki, ilk dəfə dəri əvəzinə kağızdan istifadə edənlər məhz müsəlmanlar olmuşlar.

• Doktor Qustav Lobenin dediyinə əsasən ilk saatı müsəlmanlar düzəltdilər. Harunər-Rəşidin Fransa kralına göndərdiyi ən əhəmiyyətli hədiyyələrdən biri də zəngli saat idi. Tarixi məlumatlara əsasən, Kral və onun əyanları bu işə mat-məətəl qalmışdılar. Sarayda heç kim bu saatın «sirrini» başa düşə bilmirdi.


Sənətkarlıq:

Doktor Loben deyir: «Müsəlmanların keçmişdən qalan məscid, mədrəsə, mehmanxana və digər tikililərinə baxdıqda İslamda din ilə mədəniyyətin bir-birinə elə qaynayıb-qarışdığını görürük ki, onları ayırmaq mümkün deyildir!» Hər millətin zövq və bacarığını onun yaratdığı sənətkarlıq nümunələrindən anlamaq olar.

Ağac, fil sümüyü və sədəf üzərində nəqqaşlıq sənətində müsəlmanlar fövqəladə ustalıq qazanmışdılar. Qədim məscidlərdə, yaraşıqlı darvazalarda, minbərlərdə, pəncərə və tavanlarda həmin gözəl nəqqaşlıq nümünələrini görmək olar. Hansı ki, bu gün müasir imkanlardan istifadə etməklə, bu kimi sənət əsərlərini düzəltmək çox çətindir.

Kordovda uzunluğu bir neçə milə çatan daş döşəməli yollar var idi. Halbuki, London və Paris buna 7 əsr sonra nail ola bilmişdir. Bütün müsəlmanlar şəhərlərində saysız-hesabsız gözəl və əsrarəngiz memarlıq əsərləri mövcud idi. Kordova məscidi və s. Buna misal ola bilər. Avropalıların hamamın nə olduğunu bilmədiyi bir zamanda müsəlmanlar Şeyx Bəhaının bircə şamla qızdırdığı hamamın hikmətini arayırdılar.

İnglis alimi Ceber yazır: «Əgər 771-ci ildə Tariq ibn Ziyadın başçılığı altında müsəlmanlar Cəbəlüt-Tariq boğazından Avropaya keçməsəydilər, biz indiki elm və mədəni müvəffəqiyyətlərə heç vaxt nail ola bilməzdik». (İslam və Qərb mədəniyyəti, səh.178).

Biz müsəlmanlar belə işıqlı və əzəmətli mədəniyyətin varisi olduğumuz halda, nə üçün bu gün hazırkı vəziyyətdə yaşayırıq? Dünya mədəniyyətində aparıcı məqamı hansı səbəblər üzündən əldən vermişik? Niyə bizim mədəniyyətimiz, elmlərimiz və siyasi qüdrətimiz zəifləyib? Nə üçün tərəqqimiz dayanıb? Niyə biz yerimizi qərblilərlə dəyişmişik? Nə üçün elm və sənayedə biz onlardan asılı olmuşuq, onların isə bizə ehtiyacı yoxdur? Nə üçün elmi müsəlmandan öyrənənlər bu gün İslamı cəhalət dini, müsəlmanları isə cahil adlandırır?

Bütün bu sualların cavabını öyrənmək üçün tarix səhifələrinə diqqətlə nəzər etmək kifayətdir. Tarix göstərir ki, müsəlmanlar öz səmavi təlimlərin uzaq düşən kimi, zəlillik, tənəzzül və bədbəxtliklərə düçar olmuşlar. Keçmişdə əzəmətli dövrünü yaşayan müsəlmanlar öz dinlərinə və mədəniyyətlərinə bizdən daha artıq bağlı olmuşlar. Elə buna görə də bütün bu müvəffəqiyyətləri və elmi nailliyyətləri əldə etmişlər. Bu yalnız Quranın, Peyğəmbərin (s) və məsumların elm və alimə verdiyi böyük qiymət və əhəmiyyət sahəsində mümkün olmuşdur.

Sözümü Şeyx Məhəmməd Abdaunun dediyi mühüm mözlə bitirirəm o deyir: «Avropa öz dinini buraxan gündən inkişaf etdi. Biz isə öz dinimizi buraxan gündən geri qaldıq!»

Hazırlayan:
Hacı Ramin
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930