Fizika elmi baxımından İmam Zaman ağanı (ə.f) görmək barədə
Çoxumuz, İmam Zaman ağanı (ə.f) görənlər haqda cox eşidib, oxumuşuq. Və ilk hisslərimiz - qibtə və hətta bu görüşə nail olma həvəsiylə də müşayiət olunub. Bəs kimlər nail olub ? Olmamışıqsa, niyə? Buna əxlaq ustadlarımız, gerontoloqlar öz rakurslarından cavab yaza bilərlər. Lakin ixtisasca nəzəriyyəci-fizik yox, təcrübəçi olmağıma baxmayaraq, bir sıra nöqtələrə toxunmaq istərdim. İnsan gözu də, başqa orqanlar kimi, müəyyən limit cərcivəsində görməyə qadirdir, yəni dördölcülü koordinat sisteminin üç ölçüsünü. Yeni sozlərdən cox dəbdə olanı, 3D də məhz fiziki mənada (ingilis sözü olan dimension, ölcü) xarakterizə olunur. Artıq bir əsrdən çoxdur ki, “kvant mexanikası” (n>=3) 4, 5,.... n, ölçüdə olduğunu təsdiq edib, təbii ki, buna əsas verən Enşteynin “nisbilik nəzəriyyəsi”dir ki, burada zaman 4-cü ölcü kimi xarakterizə olunur. Deməli, ehtimal etmək olar ki, İmam Zaman (ə. f) ağanı görənlər orta statistik insan üçün hesablanan ğörmə limitini kecə bilənlərdir. Daha doğrusu, göz görmür, biz göz vasitəsiylə görürük, amma necə?... Nəzəri fizikanın muxtəlif nəzəriyyələri üzrə (onların təbirincə desək, “paronormal hadisələr”) tədqiqatlar aparan bir çox rusiyalı və əcnəbi fizik-alimlərin adlarını cəkmək olar. Məsələn prof. Pulkovskiy, prof. Maks Teqmark, Yuriy Qnedin, prof. P. Devis, dok. Din Redin və sairlərinin adlarını çəkmək olar. Biosfera institutunun rəhbərlərindən biri olan akademik F.Y.Şipunov deyir: “Kvant mexanikası adlanan elm mövcuddur, bu elm kicik hissəcikləri fiziki struktur və eyni zamanda dalğa və enerji kimi tədqiq edir. Elementar hissəciklərdən: neytronlar, pozitronlar və sairlərdən sonra – maddi aləm mövcud deyil, yalnız dalğavari tərkib qalmış olur. Belə cıxır ki, kainat maddi olmayan substansiyadan ibarətdir. Bu substansiya dalğa təbiətinə malikdir. Və bütün fiziki aləmin əsasını təşkil edir. Tədqiqatlar bunu deməyə əsas verir ki, elə dalğalar var ki, ani olaraq kainatın butun nöqtələrinə ötürülə bilər. Deyilən hər bir söz və hadisə kainatın bütün nöqtələrinə ötürülə bilər. Bu dalga funksiyasının sayəsində fövqəlgüc mövcuddur ki, bütün aləmi dərhal və anən görə bilir. (P. Devis. ”Fövqəlgüc”) Son illərdə bir çox yüksək reputasiyalı alimlər bir-birindən xəbərsiz, ənənəvi reduksionist konsepsiyaya zidd olan yeniliklər ortaya qoymaqdadırlar. Buna misal olaraq, bio-elektroqrafiya, qomeopatiya, distant müşahidə, dua-terapiya və sair sahələri aid etmək olar. Yuxarıda adı çəkilən sahələr energetik pulsasiyalı əhatəylə dünyanın bütün xırdalıqlarını özündə cəmləyir. Bu işlərin coxu hələ 2001-ci ildən “sahə nəzəriyyəsi” üzrə beynəlxalq konfranlarda müzakirə olunub. Bunların icində “sim nəzəriyyəsi” və “tunnel kecidləri” geniş diskussiyalara səbəb olub. Və birbaşa aləmlərarası keçidlərə işarə ediləcək məqamlardan da yan keçmir. Belə anlaşılır ki, fəzanın ölcü limitini aşmaq artıq tək göz ilə həyata kecirilmir. Yadıma bu yerdə fransız rejissorunun “Kəpənək və skafandr” filmi düşdü (Sujet zehni fəzanın açılmasına hesablanıb). Mövzuya qayıtdıqda isə, elmi yöndən araşdırmalar bunu deməyə əsas verir ki, insan düşüncəsi belə, ölcü fəzasına uyğun dəyişir. Yəni bəziləri nöqtəvi və ya düz xətt.. X1, bəziləri müstəvi, Evklid fəzası,... X2 və səthi əhatə edən... X3, ölcülərdə görub qəbul edə bilirlər. Məhz bu kontekstdən yanaşmada ibtidai səviyyədə ixtiyari böyüyən düşüncə X1, X2, X3... Xn, daha yüksək ölculəri əhatə edərək, “sahə nəzəriyyəsi”nə əsasən, hətta maddi aləmə dislokasiya oluna bilər. İmam Zaman ağa (ə.f) özünün həqiqi dostlarının görüşünə gələr. İmam Cəfər Sadiq (ə) buyurmuşdur: “Bizim qiyam edənimizin dost və köməkcilərindən olmaq istəyən, intizarda olmalı və zuhuru gözlədiyi halda təqva və gözəl əxlaqla rəftar etməlidir”. Ağaya (ə.f) dost olmaq - onun intizarını cəkməkdən; intizarı cəkmək - təqva və gözəl əxlaqdan; gözəl əxlaq - yüksək. ... Xn, ölcülü ixtiyari mənəvi məqamları əhatə edən induksiyalardan ibarətdir. Demək, ehtimal oluna bilər ki, əsl fiziki sirr də elə bundadır: mənəvi mərtəbələrə yüksəlmədən ölcü sistemimiz Evklid fəzasından o tərəfə kecməyəcək, və Zəmanə Sahibinə (ə.f) nəinki dost, heç nökərliyə belə layiq ola bilmərik. Yüksək fəzalara yüksəlmək ümüdü ilə... Ləman Abbasqızı, “Dəyərlər”in oxucusu Oxşar xəbərlər
|