Qeyb zamanı bu duanı çox oxu
İmam Zamanı (ə) ürəkdən istəyən, ona aşiq olan, vurğunlar kimi onun həsrətini çəkənlər zühur üçün dua edəndə, mövlalarının gəlişini uca Allahdan istəyəndə söz axtarmır, gözəl ifadələrə fikir vermir, ibarəpərdazlıq edib, kəlmələrin əsiri olurlar.
Onlar daxillərinin dərinliklərindən, canlarından dua edir, bütün varlığı ilə itirdiklərini gəzirlər. Onları yalnız dilləri danışmır, bütün vucudları danışır, ancaq sözlə istəmirlər, bütün vucudları ilə istəyirlər… Dini rəhbərlərimizin Həzrət Mehdinin (ə) aşiqlərinə tövsiyə etdikləri dualardan biri də aşağıdakı duadır, onu əzbərləyb, tez - tez təkrar edək: Əbu Əbdullah (İmam Sadiq) buyurdu: Ey Zurarə! Əgər bu zamanıda (qeyb zamanı) olsan bu duanı oxu: «اللَّهُمَّ عَرِّفْنِی نَفْسَکَ فَإِنَّکَ إِنْ لَمْ تُعَرِّفْنِی نَفْسَکَ لَمْ أَعْرِفْ رَسُولَکَ؛ اللَّهُمَّ عَرِّفْنِی رَسُولَکَ فَإِنَّکَ إِنْ لَمْ تُعَرِّفْنِی رَسُولَکَ لَمْ أَعْرِفْ حُجَّتَکَ؛ اللَّهُمَّ عَرِّفْنِی حُجَّتَکَ فَإِنَّکَ إِنْ لَمْ تُعَرِّفْنِی حُجَّتَکَ ضَلَلْتُ عَنْ دِینِی. "Allahummə ərrifni nəfsəkə, Fəinnəkə illəm tuərrifni nəfsəkə ləm ərif nəbiyyək, Allahummə ərrifni rəsulək Fəinnəkə illəm tuərrifni rəsulək ləm ərif huccətəkə, Allahummə ərrifni huccətəkə Fəinnəkə illəm tuərrifni huccətəkə zələltu ən dini” Tərcüməsi: “İlahi özünü mənə tanıtdır, Əgər özünü mənə tanıtdırmasan peyğəmbərini tanıya bilmərəm, İlahi peyğəmbərini mənə tanıtdır, əgər peyğəmbərini mənə tanıtdırmasan sənin yer üzündəki höccətini tanıya bilmərəm, İlahi mənə höccətini (yer üzündə nümayəndəni) tanıtdır, yoxsa dinimdən çıxa bilərəm” /www.shabestan.ir/ Oxşar xəbərlər
|