Aqibətin xeyirli olması ilə bağlı İmam Səccadın (ə) etdiyi bu duanı sübh namazından sonra 1 ay demək
“Səhifeyi-Səccadiyə” – “Ali-Muhəmmədin (ə) Zəburu” adı ilə məşhur olmuşdur. İmam Səccadın (ə) tək olan Sübhan Allaha etdiyi münacatlara şamil edilir.
Bu dualardan biri – İmam Səccadın (ə) aqibətin xeyirli olması ilə bağlı etdiyi duadır. Hər sübh namazından sonra 1 ay müddətində deyilməsi tövsiyə edilir. 1. یا مَنْ ذِکرُهُ شَرَفٌ لِلذَّاکرِینَ، وَ یا مَنْ شُکرُهُ فَوْزٌ لِلشَّاکرِینَ، وَ یا مَنْ طَاعَتُهُ نَجَاةٌ لِلْمُطِیعِینَ، صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، وَ اشْغَلْ قُلُوبَنَا بِذِکرِک عَنْ کلِّ ذِکرٍ، وَ أَلْسِنَتَنَا بِشُکرِک عَنْ کلِّ شُکرٍ، وَ جَوَارِحَنَا بِطَاعَتِک عَنْ کلِّ طَاعَةٍ. 2. فَإِنْ قَدَّرْتَ لَنَا فَرَاغاً مِنْ شُغْلٍ فَاجْعَلْهُ فَرَاغَ سَلَامَةٍ لَا تُدْرِکنَا فِیهِ تَبِعَةٌ، وَ لَا تَلْحَقُنَا فِیهِ سَأْمَةٌ، حَتَّی ینْصَرِفَ عَنَّا کتَّابُ السَّیئَاتِ بِصَحِیفَةٍ خَالِیةٍ مِنْ ذِکرِ سَیئَاتِنَا، وَ یتَوَلَّی کتَّابُ الْحَسَنَاتِ عَنَّا مَسْرُورِینَ بِمَا کتَبُوا مِنْ حَسَنَاتِنَا 3. وَ إِذَا انْقَضَتْ أَیامُ حَیاتِنَا، وَ تَصَرَّمَتْ مُدَدُ أَعْمَارِنَا، وَ اسْتَحْضَرَتْنَا دَعْوَتُک الَّتِی لَا بُدَّ مِنْهَا وَ مِنْ إِجَابَتِهَا، فَصَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، وَ اجْعَلْ خِتَامَ مَا تُحْصِی عَلَینَا کتَبَةُ أَعْمَالِنَا تَوْبَةً مَقْبُولَةً لَا تُوقِفُنَا بَعْدَهَا عَلَی ذَنْبٍ اجْتَرَحْنَاهُ، وَ لَا مَعْصِیةٍ اقْتَرَفْنَاهَا. 4. وَ لَا تَکشِفْ عَنَّا سِتْراً سَتَرْتَهُ عَلَی رُءُوسِ الْأَشْهَادِ، یوْمَ تَبْلُو أَخْبَارَ عِبَادِک. 5. إِنَّک رَحِیمٌ بِمَنْ دَعَاک، وَ مُسْتَجِیبٌ لِمَنْ نَادَاک. Duanın tərcüməsi belədir: “1. Ey o Kəs ki, yada salınması yada salanlar üçün şərəfdir. Şükrü şükür edənlər üçün uğurdur. Ey o Kəs ki, rəhbərliyin rəhbərlər üçün nicat və xilas olmaqdır. Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər! Ürəklərimizi Səni yada salmaq, dilimizi Sənə şükür etmək, əzalarımızı Sənə itaət etməklə məşğul et! 2. Əgər bizim üçün işdən fərağət etməyi təqdir etmisənsə, onda həmin fərağəti salamatlıqla bir yerdə qərar ver ki, ardınca heç bir öhdəlik bizə çatmasın. Həmin fərağətdə həyat ətəyimizə can sıxıntısı əyləşməsin. Pis əməlləri yazanlar yanımızdan boş dəftərlə qayıtsın. Yaxşılıqları yazanlar bizim həsənələrimizdən yazdıqları şeyə görə, şad ayrılsınlar. 3. Həyat ruzigarımız ötüb keçərsə və həyat bağlarımız kəsilərsə və Öz tərəfindən olan o dəvət ki, yerinə yetirilməsi qaçılmazdır bizi çağırsa, Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər, əməl dəftərimizə yazılanların son şeyini qəbul olmuş tövbə qərar ver ki, ondan sonra bizi etdiyimiz günaha və düçar olduğumuz itaətsizliyə görə məzəmmət etməyəsən. 4. Üzərimizə örtdüyün pərdəni o gün ki, bəndələrin xəbərlərini aşkar edəcəksən, hazır olanların gözü qarşısından götür. 5. Çünki Sən, Səni çağıran hər kəsə qarşı mehribansan və Səni çağıranın xahişini yerinə yetirənsən”. /Deyerler.org/ Oxşar xəbərlər
|