Qiyamət günü insanın pis əməlini açmağa qoymayan dua
Mьəllif: admin1
Tarix: 23-04-2023, 11:49
Qiyamət günü insanın pis əməlini açmağa qoymayan dua
Mütəal Allah hədsiz-hüdudsuz mehribandır. İnsan tövbə etdiyi surətdə O, insanın günahını bağışlayır və eybini örtür. Şeyx Abbas Qumu “Məfatuhul-cinan” kitabında yazır: Şeyx Şəhiddən nəql olub ki, Rəsulullah (s) buyurub: “Hər kəs Qiyamət günü Allahın onun pis əməllərini hamıdan örtərək, hətta onun özünə də göstərməməsini və əməl divanını açmamasını istəyirsə, hər namazdan sonra bu duanı oxusun:

Allahummə innə məğfirətəkə ərca min aməli və innə rahmətəkə əvsəu min zənbi. Allahummə in kanə zənbi indəkə əzimən, fəəfvukə əzəmu min zənbi. Allahummə in ləm əkun əhlən ən əbluğə rəhmətəkə fərəhmətukə əhlun ən təbluğəni və təsəəni, liənnəha vəsiət kullə şəy. Birahmətikə ya ərhəmər-rahimin".

Tərcüməsi: "Allahım, Sənin məğfirətin mənim əməllərimdən daha ümüdvericidir, Sənin rəhmətin günahlarımdan daha genişdir. Allahım, əgər mənim günahlarım böyükdürsə, Sənin bağışlanman ondan daha böyükdür. Allahım, əgər mən Sənin rəhmətinə çatmağa layiq deyilsəm də Sənin rəhmətin mənə çatmağa və mənə də şamil olmağa layiqdir, çünkü Sənin rəhmətin hər şeyi əhatə etmişdir. Səni Öz mərhəmətinə and verirəm, ey mərhəmətlilərin ən mərhəmətlisi!"
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031