Ayaq ağrısını aradan aparmaq üçün dualar
Ayaq ağrısını aradan aparmaq üçün dua Bir şəxs İmam Huseyn (ə)-a ayaq ağrısından şikayət etdikdə, Həzrət buyurdu: "Əlini o yerə qoyaraq belə de: "Bismillahi və billahi vəs-səlamu əla Rəsulillahi səlləllahu ələyhi və alih.Və ma qədərullahə həqqə qədrihi vəl-ərzu cəmiən qəbəztuhu yəvməl-Qiyaməti vəs-səmavatu mətviyyatun biyəminih. Subhanəhu və təala əmma yuşrikun." Baldır ağrısını aradan aparmaq üçün oxunan ayə Salim ibni Məhəmməd İmam Cəfər Sadiq (ə)-a baldırının ağrısından şikayətlənərək "Bu ağrı məni bütün işlərdən aciz etmişdir" sözünü dedikdə Həzrət buyurdu: "Bu ayəni yeddi dəfə (ağrıyan yerə oxu): "Vətlu ma uhiyə iləykə min kitabi Rəbbikə la mubəddilə likəlimatihi və lən məcidə min dunihi multəhəda." ("Kəhf" surəsi, 26-cı ayə) Diz ağrısını aradan aparmaq üçün oxunan dua Əbu Həmzə İmam Baqir Muhəmməd (ə)-a diz ağrısından şikayət etdikdə, Həzrət Buyurdu: Namazdan sonra bu duanı oxu: "Ya əcvədə mən əta və ya xəyrə mən suilə və ya ərhəmə mənisturhimə irhəm zəfi və qillətə hiləti və əfini min vəcəi. Mənbə: "Mənəvi xəzinələr" kitabı Oxşar xəbərlər
|