MÜBARƏK RAMAZAN AYININ 20-Cİ GÜNÜNÜN DUASI
اَللّـهُمَّ افْتَحْ لي فيهِ اَبْوابَ الْجِنانِ، وَ اَغْلِقْ عَنّي فيهِ اَبْوابَ النّيرانِ، وَ وَفِّقْني فيهِ لِتِلاوَةِالْقُرْآنِ، يا مُنْزِلَ السَّكينَةِ فى قُلُوبِ الْمُؤْمِنينَ Duanın oxunuşu: Əllahumməftəh li fihi əbvabəl cinan, və əğliq ənni fihi əbvabən-niyran, və vəffiqni fihi litilavətil Qur`an, ya munziləs-səkinəti fi qulubil mu`minin. Duanın tərcüməsi: İlahi, bu gün mənim üçün behişt qapılarını aç və cəhənnəm qapılarını bağla. Bu gün məni Quran oxumağa müvəffəq et. Ey möminlərin qəlblərinə aramlıq göndərən! İFTAR DUASI للَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي Duanın oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li. Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla! Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz: 20-ci gün - 8 rukət (Hər rukətdə 1 Həmd,1 istənilən surə) Oxşar xəbərlər
|