RAMAZAN AYININ 27-ci GÜNÜNÜN DUASI
Mьəllif: admin1
Tarix: 6-04-2024, 21:58
RAMAZAN AYININ 27-ci GÜNÜNÜN DUASI
اللَّهُمَّ ارْزُقْنِي فِيهِ فَضْلَ لَيْلَةِ الْقَدْرِ وَ صَيِّرْ أُمُورِي فِيهِ مِنَ الْعُسْرِ إِلَى الْيُسْرِ وَ اقْبَلْ مَعَاذِيرِي وَ حُطَّ عَنِّيَ الذَّنْبَ وَ الْوِزْرَ يَا رَءُوفا بِعِبَادِهِ الصَّالِحِينَ


Duanın oxunuşu: Əllahummərzuqni fihi fəzlə ləylətil qədr, və səyyir umuri fihi minəl usri iləl yusr, vəqbəl məaziyri və huttə ənniz zənbə vəl vizr, ya rəufən biibadihis salihin.

Duanın tərcüməsi: İlahi, bu gün "qədr” gecəsinin fəzilətini mənə nəsib et, bütün çətinliklərimi asanlaşdır, mənim üzrlərimi qəbul et, günahlarımı təmizlə və çirkin əməllərin ağırlığından mənə nicat ver. Ey saleh bəndələrə mehriban olan Allah!

İFTAR DUASI
للَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي


Duanın oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.

Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!

Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz

27-ci gün - 4 rukət (Hər rukətdə 1 Həmd, 1 Mülk. 28 İxlas da oxuna bilər)
Oxşar xəbərlər
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31