Qeyb dövründə Allahın dinində möhkəm olmaq üçün bu duanı mütləq oxumalıyıq
İmam Sadiq (ə) İbn Sənana xitab edərək buyurmuşdur: “Tezliklə şəkk və tərəddüdə düşəcəksiniz, aydın nişanə və yol göstərən imamsız qalacaqsınız.
Həmin şəkk və tərəddüddən “Ğəriq” duasının oxuyandan başqa heç kəs qurtula bilməyəcək.” (İbn Sənan nəql edir ki,) dedim: “Ğəriq” duası necədir? Buyurdu: Deyirsən: يا اللهُ يا رحمانُ يا رحيمُ يا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلي دِينِك (Ya Allahu Ya Rəhmanu Ya Rəhim, Ya muqəllibəl-qulub, səbbit qəlbi əla dinik.) “Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!” Biharul-Ənvar, c.52, səh.149, hədis: 73 www.ahliman.info Oxşar xəbərlər
|