İmam Əli (ə) bütün münacat və duaları bu 4 zikrdə xülasələşdirib
Mьəllif: admin1
Tarix: 14-12-2024, 11:01
İmam Əli (ə) bütün münacat və duaları bu 4 zikrdə xülasələşdirib
Zikr sözünün lüğəti mənası xatırlamaq, yada salamq mənasındadır. Bu kəlmə istilahda əsasən Mütəal Allahın xatırlanmasına aid edilir.

Zikrə həm Quran ayələri, həm ənbiya və imamlar tərəfindən məxsusi tövsiyə edilmiş kəlimələri, həm də qəlb və zehində xatırlamağı aid etmək olur.

Xatırlamaq mənasında olan zikr kəliməsi əsasən uca Allahın yad olunmasına şamil olunur.

Hər bir Allah bəndəsinə öz rəbbini xatırlamaq vacibdir. Bu xatırlamaq istər vacib olunmuş hər hansı göstərişli əməllə olsun (namaz kimi), istərsə də qəlb və zehinlə olsun (təfəkkür).

Zikrin keyfiyyəti insan ruhiyyəsi və mənəviyyatı ilə bağlıdır . Buyuk ruhiyyəli ənbiya və övliyaların zikirləri də böyük təsirə malikdir.

Məhz zikirləri və bu zikirlərin demək yollarını bu böyük şəxsiyyətlərdən örnək almalıyıq.

Rəvayətdə deyilir ki, bir gün bir şəxs gəlir İmam Əlinin (ə) hüzuruna ki, ya Əli işimin çox olduğu üçün duaların hamısını oxuya bilmirəm. Nə edim?

İmam buyurdu: bütün duaların xülasəsini sənə deyirəm, hər səhər evdən çıxanda oxu, elə bil ki bütün duaları oxumuş kimisən.

1 الحمدلله علی کل نعمه

2 و اسئل لله من کل خیر

3 و استغفر الله من کل ذنب

4 واعوذ بالله من کل شر

1. Əlhəmdülillahi alə kulli ne'məh.

2. Və as'əluhu min kulli xeyr.

3. Və əstəğfürullah min kulli zənb.

4. Və əuzu billahi min kulli şərr.

Tərcüməsi:

1. Allaha həmd olsun bütün nemətlərinə görə.

2. Bütün xeyrləri Allahdan istəyirəm.

3. Bütün günahlardan istiğfar edirəm.

4. Bütün şərlərdən Allaha sığınıram.

Biharul-ənvar, c. 91, s. 242

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031