Zehnin güclənməsi üçün dualar
1. Hər gün sübh namazından sonra "Ərrəhman" surəsini "Fəbiəyyi alai Rəbbikuma tukəzziban"
Ayəsinədək oxumaq. 2. Şeyx Bəhai (rəhmətullah əleyh) "Təhzib" kitabında buyurmuşdur ki, Zehnin güclənməsi üçün bu dua oxunulsun: "Əllahummərzuqni fəhmən-nəbiyyinə və hifzəl-mursəlinə və ilhaməl-məlaikətil-muqərrəbinə aminə ya Rəbbəl-aləmin." 3. Hər namazdan sonra təcrübə olunmuş bu duanı oxumaq: "Subhanə mən la yətədi əla əhli məmləkətih. Subhanə mən la yuaxizu əhləl-ərzi biəlvanil-əzab. Subhanər-rəufur-rəhim. Əllahumməcəl li fi qəlbi nurən və bəsərən və fəhmən və ilma. İnnəkə əla kulli şəyin qədir." 4. Zehnin güclənməsi üçün hər gün on dəfə bu duanı oxumaq. "Fəfəhhəmnaha Suləymanə və kullən atəynə fəhmən və ilma. Və səxxərna məə Davudəl-cibalə yəsbəhnə vət-təyrə və alih. Əkrimni bil-fəhmi vəl-hifzi vəl-xəyri ya qaziyəl-hacat. Və səlli əla Muhəmmədin və alihi əcməin." 5. Hər gün sübh çağı bir kəslə danışmazdan qabaq bu cümləni demək: "Ya Həyyu ya Qəyyum. Fəla yəfutu şəyun ilməhu və la yəuduh." 6. Hər gün sübh namazının nafiləsindən sonra bu duanı oxumaq: "Əllahummə la tunsini ma əqrəu fi yəvmi haza. Fəinnəkə qultə sənəqrəukə fəla tunsi." 7. Bir şeyi unudan şəxs əlini alnına qoyub desin: "Ənsaniyəhuma şeytan." 8. Salman Farsinin (rəhmətullah əleyh) hədisində nəql olunub ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Hər kəs Ayətəl kürsi"-ni zəfəran ilə sağ əlinin içinə yazıb onu dili ilə yaş etməyi yeddi dəfə təkrar edərsə, heç vaxt bir şeyi unutmaz. 9. Beş şey zehni gücləndirir və bəlğəmi aradan aparır: 1) Dişi yumaq. 2) Oruc tutmaq. 3) Bal yemək. 4) Kündür çeynəmək 5) Quran oxumaq 10. Mütailədən qabaq bu duanı oxumaq: "Əllahumməxricni min zulumatil-vəhm. Və əkrimni binuril-fəhm. Əllahumməftəh ələyna əbvabə rəhmətik. Vənşur ələyna xəzaniə ulutik. Birəhmətikə ya ərhəmər-rahimin." 11. Şiələrdən biri zehninin güclənməsini Həzrət Fatimə (s.ə)-dan xaiş etmək üçün o Həzrətə təvəssül edir. Bir-neçə Həzrət Fatimə Zəhra (s.ə)-ı röya aləmində pərdə arxasından müşhaidə edərək xaişini o Həzrətdən soruşur: Zehnim zəifdir və (bunun üçün) sizə yalvarıram." Həzrət Fatimə Zəhra (s.ə) buyurdu: "Bundan sonra dəstəmazı ilıq su ilə al. Çünki soyuq su sizin zehniniz üçün münasib deyildir." O kişi Həzrətn göstərişinə əməl etdikdən sonra zehni gücləndi. 12. Zehninin güclənməsini istəyən şəxs dişlərini yuyub, Quran və xüsusilə "Ayətəl-kürsi"ni oxusun. Həmçinin ac qarnına 21 ədəd məvizi tumu ilə birgə yesin. Çünki bu iş zehni və düşüncənin güclənməsi üçün faydalı olcaqdır. Habelə halva, (qoyun) boynunun yaxınlığında yerləşən ət, bal, mərci və kundur yeməkdə bu iş üçün faydalı sayılır. 13. Hər gün ac qarnına yeddi misqal məviz (qara üzüm qurusu) və habelə hər gün yeməklə xardal yemək. 14. Şeyx Kəfəmi (rəhmətullah əleyh) zehin baədə buyurur: Bunun üçün ac qarnına məviz, kufə patlaqması (rutubətli yerlərdə yetişən, yumru-yumru kökü olan bitgidir) və zəfəranı döyüb qarışdırdıqdan sonra yemək (faydalıdır). 15. Qərənfil ilə kündurun yaxşıca döyərək yumşaltmaq və hər gün ac qarnına ondan bir az yemək. 16. Qatıq, düyü yemək və su içmək kimi soyuq yeyinti məmulatından çox istifadə etməmək. 17. Süd içmək, şirniyyat, ət, mərci, bal və xususi ilə ac qarnına nar yemək zehni gücləndirir. 18. Şəkər ilə hazırlanmış "kəklik otu" mürəbbəsi və habelə "vlavetda" yemək zehin üçün faydalıdır. 19. Həmişə dəstəmazlı olmaq, qibləyə tərəf əyləşmək, alimlərin üzünə baxmaq, ibadətə məşğul olmaq, ata və anadan itaət etmək, oruc tutmaq, üzüm və isti təbiyyətli şeylər yemək və habelə az su içib, az yemək zehnin güclənməsində təsirlidir. 20. Həzrət Peyğəmbər(s)-dan nəql olunmuşdur ki, beş şey zehni gücləndirir: 1) Şirniyat. 2) (Heyvanın) boynunun yaxınlığında yerləşən ət. 3) Mərci. 4) Soyuq çörək. 5) "Ayətəl-kürsi"ni oxumaq. Mənbə: "Mənəvi xəzinələr" kitabı Oxşar xəbərlər
|