Qurani-Kərimdən gözəl bir dua nümunəsi – Qəsəs 16
Mьəllif: admin1
Tarix: 29-05-2022, 10:45
Qurani-Kərimdən gözəl bir dua nümunəsi – Qəsəs 16
Qurani Kərim Rəbbimizin bizə bir lütfü, hədiyyəsi, rəhmətidir. Bütün bunlar, hətta daha artığı Quranda mövcuddur. Çünki İlahi Kitab insan həyatının bütün sahələrini əhatə edir. Ola bilsin indi bunun hamısını görə bilmirik. Amma zaman təcrübəsi bunun həqiqət olduğunu təsdiq edir.

Bu ilahi maarifdən biri də Quranın insana rəbbi ilə dua ədəbinin, dua mərifətinin öyrətməsidir. Bəli duanın əsas şərti dua mərifətinə sahib olmaqdır. Çünki insan özünə və rəbbinə mərifət və agahlıq tapmadıqca qəlb və dil duaya gəlməz.

Qəsə surəsinin 16-cı ayəsi də bu növ gözəl dua ayələrindəndir:

رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي فَاغْفِرْ لِي

Rəbbi innii zələmtu nəfsi. Fəğfir lii

“Ey Rəbbim! Şübhəsiz ki, mən özüm-özümə zülm etdim. Buna görə məni bağışla!”

Qeyd olunan bu ayə Həzrət Musanın (ə) dilindən deyilir. Əhvalat Musa (ə) peyğəmbərin “qibtini” (əslən yerli əhali) öldürməsi ilə baş verir. Musa (ə) şəhərə daxil olduqda Bəni-İsraildən bir nəfərin bir qibtii ilə mübahisə etdiyini görür. Musa peyğəmbər onları ayırmağa çalışır. Lakin dava dalaş əsnasında özü də istəmədən qibtini vurur və öldürür. Qurani Kərim bu hadisəni nəql edərək Musa peyğəmbərin bu cür bağışlanma dilədiyini buyurur.

Ayənin davamında: “(Allah Musanı) bağışladı. Həqiqətən, O, (bəndələrini) bağışlayandır, rəhm edəndir!” deyə qeyd olunur. Təbii, etiqadımız budur ki, bütün peğəmbərlər günahsız və ismət məqamına sahibdirlər. İsmət məqamına sahib olmaq Allah tərəfindən xüsusi paklığa sahib olmaqdır ki, bütün peyğəmbər və imamlar dünyaya gəldikləri gündən bu paklığa sahibdirlər. Peyğəmbərlərin bağışlanma diləməsi onların ali məqəm istəməsi və kamallarının Allaha doğru ucalması mənasındadır.

Ayə insana bir neçə şey öyrədir ki, bunlardan ən əsası Allah qarşısında etirafdır. İnsanın bu etirafında dərin bir əqidə gizlənmişdir. O bu etirafı ilə Allahın böyüklüyünü, görən və hər şeyə alim olmasını, hesab çəkən və mərhəmətli olmasını, özünün isə acizliyini etiraf etmiş olur.

Uca yaradana Onun buyurduğu kimi, Quranın dili ilə bağışlanılma diləyək!

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930