Göz dəyməsindən qorunmaq üçün 3 dəfə de: …
Mьəllif: admin1
Tarix: 21-03-2021, 14:04
Göz dəyməsindən qorunmaq üçün 3 dəfə de: …
Müasir dövrdə biz insanların ən çox ehtiyacı olduğu şey – hüzur və mənəvi rahatlıqdır. Mənəvi rahatlığa çatmağın yolları çoxdur və onlardan bəzilərinə işarə edək.

Hüzurlu olmağın yollarından biri - hüsnü-zənnə malik olmaqdır. Üç növ hüsnü-zənn vardır. Biri yaxşı deyildir, lakin ikisi yaxşıdır.

Özünə qarşı hüsnü-zənn etmək yaxşı deyildir. İnsan gərək özünə qarşı bədbin olsun. “Nəhcül-bəlağə”də İmam Əli (ə) təqvalıların sifətlərini sayan zaman buyurmuşdu: “Onlar həmişə özlərini ittiham edərlər”.

Ancaq hüsnü-zənnin o növü odur ki, insan başqalarına qarşı hüsnü-zənnə malik olar. Əgər insanlara qarşı hüsnü-zənnə malik olsan, heç bir şeyə görə nigaran olmazsan. Belə ki, dostun sənə salam verməsə, deyərsən ki, yəqin fikirlidir və məni görməmişdir.

Hüsnü-zənnin üçüncü növü Allaha qarşı olan hüsnü-zəndir. Əgər insan Allaha qarşı hüsnü-zənnə malik olarsa, o zaman qızı olan zaman deməz ki, axı mən oğlan uşağı istəyirdim. Yəqin ki, Allah qızı oğlandan daha üstün bilmişdir. Bu, Allaha olan hüsnü-zəndir.

Allah Təala Quranda bir neçə dəstəni lənətləmişdir ki, onlardan biri də sui-zənn edənlərdir. “Və Allah barəsində pis gümanda olan münafiq kişi və qadınlara, həmçinin müşrik kişi və qadınlara əzab versin. Zamanın pis hadisələrinə tuş gəlsinlər! Allah onlara qəzəb edib, onlara lənət edərək (rəhmətindən) uzaqlaşdırıb və onlar üçün Cəhənnəmi hazırlayıb. Ora pis dönüş yeridir!”. (“Fəth” 6).

Hüzura çatmağın yollarından biri - duadır. “Əminallah” ziyarətini oxuyun. Bu ziyarətin ilk duasında oxuyuruq: “Allahım, mənə rahatlıq ver”. Bilirəm ki, Sən hər şeyi planlaşdırmısan. Əgər bunu bilsəm ki, Sən hər şeyi planlaşdırmısan, mən artıq nigaran olmaram. Təqdir Sənindir, bir küncdə əyləşib gözləyərəm və səyimi də edərəm.

İmam Sadiqin (ə) oğlu xəstə idi və Həzrət (ə) onun sağalması üçün bütün səylərini edirdi. Lakin xəstəliyi sağalmırdı və bir gün xəbər gəldi ki, uşaq dünyasını dəyişmişdir. Həzrət (ə) sakit əyləşir. Bu sakitliyin səbəbini soruşurlar. Həzrət (ə) buyurur: “Bizim bütün səyimiz hadisədən əvvəldir. İndi ki, hadisə baş verib, sabirik (səbir edənlərdənik)”.

Hüzura çatmağın yollarından biri də salavat çevirməkdir. İmam Baqir (ə) buyurur ki, salavatı bu cür demək insana hüzur gətirər: “Əllahummə salli alə Muhəmmədin və Ali-Muhəmməd və ənzil ələyyə minkə səkinəh”.

Başqalarının həsədinə tuş gəlməmək üçün hər səhər “Nas” və “Fələq” surələrini oxuyun. Sonra da İmam Zaman ağanın (ə) salamatlığı üçün bir sədəqə ayırın. “Lə həvlə və lə quvvətə illə billəhil-aliyyil-azim” zikrini çox deyin ki, bu zikr insana rahatlıq gətirər.

Hədislər deyir ki, o insan ki, başqalarının göz dəyməsindən qorxur, o, həmişə nigaran olar. Ona görə də 3 dəfə desin: “Məşəallah lə həvlə və lə quvvətə illə billəhil-aliyyil-azim”.

İnsana rahatlıq gətirən amillərdən biri də başqalarına bağlanmağı azaltmaqdır. Şeyx Abbas Quminin oğlu nəql edir: “Atam can verən zaman məni çağırdı və dedi: “Mirzə Əli, bu kitabı bu otaqdan apar!”.

Dedim: “Niyə?”. Dedi: “Çünki bu kitabı çox sevirəm. Qorxuram ki, Əzrayil (ə) gələn zaman bu kitab mənim dünyadan xəstə getməyimə bais olsun”.

İnsan can verən zaman şeytan məhz insanın ən çox bağlandığı şeylərdən istifadə edər.

Rahatlıq tapmağın başqa bir yolu özünü başqaları ilə müqayisə etməkdir. Əgər ayaqqabın olmadığına görə qəm edirsənsə, ətrafında ayağı olmayanlara nəzər sal. Bu cür müqayisə insanı rahatladar.

İmam Hüseyn (ə) türbəti də insana rahatlıq gətirər. İmam Səccad (ə) yanında həmişə türbət gəzdirərdi və namaz qılanda ona səcdə edərdi.

İnsana rahatlıq gətirən amillərdən biri də istiğfardır. Nə qədər çox istiğfar etsən, günahların azalar və rahatlıq sənə hakim olar.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930