Valideynlərimiz üçün bu cür dua edək
Mьəllif: admin1
Tarix: 20-02-2022, 22:38
Valideynlərimiz üçün bu cür dua edək
Valideyn haqqı o qədər mühüm mövzulardandır ki, Məsumlarımız (ə) ona xüsusi əhəmiyyət verir və həmişə valideynə hörmət etməyə və yaxşılıq etməyə dəvət edirlər. Çünki əgər onlar olmasaydı, biz də olmazdıq. Allahdan sonra hörmət etməli və ehtiramlarını saxlamalı olduğumuz insanlar – valideynlərimizdir.

Xüsusilə də o zaman ki, artıq qocalmış və bədən güclərini əldən vermişdilər. Onlara yaxşılıq etmək – Allaha yaxşılıq etməkdir.

Çünki, bütün insanlar Allahın ailəsidir. Bundan əlavə, bizi dünyaya gətirib böyüyənə qədər əziyyətimizi çəkən və bizim yolumuzda bir çox istək və ləzzətlərindən keçən insanlardırlar.

İmam Səccadın (ə) valideynlərlə bağlı çox gözəl bir duası vardır ki, yaxşı olardı ki, biz hamımız bu duaya qoşulaq və İmamla (ə) birlikdə biz də öz valideynlərimiz üçün dua edək.

İmam Səccad (ə) buyurur:

اللّهُمّ اشْکُرْ لَهُمَا تَرْبِیَتِی، وَ أَثِبْهُمَا عَلَی
تَکْرِمَتِی، وَ احْفَظْ لَهُمَا مَا حَفِظَاهُ مِنّی فِی صِغَرِی.
اللّهُمّ وَ مَا مَسّهُمَا مِنّی مِنْ أَذًی، أَوْ خَلَصَ إِلَیْهِمَا
عَنّی مِنْ مَکْرُوهٍ، أَوْ ضَاعَ قِبَلِی لَهُمَا مِنْ حَقٍّ
فَاجْعَلْهُ حِطّةً لِذُنُوبِهِمَا، وَ عُلُوّاً فِی دَرَجَاتِهِمَا، وَ
زِیَادَةً فِی حَسَنَاتِهِمَا، یَا مُبَدّلَ السّیّئَاتِ بِأَضْعَافِهَا
مِنَ الْحَسَنَاتِ.

“Allahım! Onlara məni böyütdüklərinə görə mükafat ver və məni əziz tutduqları üçün əcrlərini ver! Hər nəyi ki, uşaqlıq zamanı mənə qarşı nəzərdə tutmusan (xeyr və ehsanı), onların haqqında da nəzərdə tut!

Allahım! O şey ki, mənim tərəfimdən onlara əziyyət çatıbdır və ya onlara layiq olmayan işlər görmüşəm ya onların mənim boynumda olan haqlarını zay etmişəm – hamısını günahlarının tökülməsi, məqamlarının uca olması və yaxşı əməllərinin artması üçün qərar ver!

Ey pislikləri bir neçə qat yaxşılıqlara Çevirən!”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031