Böyük savaba və dərin mənəvi təsirə malik olan Cəlilul-Cabbar münacatı
“Dua” istəmək mənasındadır. Yəni insanın rəbbindən istəməsi. Allah Təaladan dua edib istəmək üçün ilk öncə insanın Allaha və Onun qüdrətinə, görən və eşidən olmasına etiqadı olmalıdır.
Bu səbəbdən dua dərin bir etiqaddır, yüksək bir mərifətdir (tanımaqdır), bir təsdiqdir. Çünki insan dua vasitəsilə kimdən istədiyini, nə istədiyini bir daha qəlbi və dili ilə iqrar edir. Böyük savaba və dərin mənəvi təsirə malik olan və oxunması cox tövsiyə olunan dualardan biri də “Cəlilul-Cabbar”, yaxud digər adı “Fəyyaz” duasıdır. Bu dua münacat olmaqla yanaşı həmdə möhkə bir etiqadın carçısıdır. Çünki dua bütünlüklə tohidin iqrarından, peyğəmbərin (s) təsdiqindən və işləri Allaha təvəkkül etməkdən bəhs edir. Hədisdə deyilir: Həzrəti Peyğəmbər (s) buyurub hər kəs sübh vaxtı bu duanı oxusa 360 dəfə Həcci Əkbərin savabın qazanar və 360 qul Allah yolunda azad etmiş olar və 360 acın qarnını allah yolunda doyurtmuş olar və 360 susuz şəxsə su vermiş kimi olar. Yəni bu kəslər kimi savab qazanar. Həmçinin qeyd olunur ki, Hz. Peyğəmbər (s) duanın fəzilətindən bəhs edərkən Cəbrail (ə) Allah tərəfindən nazil olub buyurub hər kəs mənim bəndələrimdən və sənin ümmətlərindən ömründə bir dəfə bu duanı oxusa öz izzəti cəlalıma anad içirəm.O,bəndəmə 7 şey kəramət edərəm. 1)Yoxsulluğu ondan uzaq edərəm. 2) Nəkir Münkərün sual cavabını onun üçün asan edərəm. 3) Onu sirat körpüsündən bir ildırım kimi keçirirəm. 4) Gözlənilməz ölümlərdən onu xilas edərəm. 5) Cəhənnəmin odunu ona haram edərəm. 6) Onu susuzluqdan və aclıqdan qoruyaram. 7) Şeytanın Məkrindən və hiyləsindən onu xilas edərəm. Duanın mətni: لا اِلهَ اِلاَّ اللهُ الجَلیلُ الجَبار، لااِلهَ اِلاَّاللهُ الواحِدُ القَهّارُ ، لا اِلهَ الاَّاللهُ العَزیزُ الغَفّار لااِلهَ اِلاَّ اللهُ الکَریمُ السَتّار،لا اِلهَ اِلاَّ اللهُ الکَبیرُ المُتَعال؛لا اِلهَ الاَّ اللهُ وَحدَهُ لاشَریکَ لَه اِلهاً واحِداً رَبّاً و شاهِداً اَحَداً صَمَداً وَ نَحنُ لَهُ مُسلِمونَ وَ لااِلهَ اِلاَّ اللهً وَحدَهُ لاشَریکَ لَهُ اِلهَاً واحِداً رَبّاً وَ شاهِداً اَحَداً صَمَداً وَنَحنُ لَهُ عابِدُونَ لااِلهَ اِلاَّ اللهً وَحدَهُ لاشَریکَ لَهُ اِلهَاً واحِداً رَبّاً وَ شاهِداً اَحَداً صَمَداً وَنَحنُ لَهُ قانِتونَ لااِلهَ اِلاَّ اللهُ وَحدَهُ لاشَریکَ لَهُ اِلهَاً واحِداً رَبّاً وَ شاهِداً اَحَداً صَمَداً وَنَحنُ لَهُ صابِرونَ لااِلهَ اِلاَّاللهُ مُحَمَّدٌ رَسولُ الله صَلَّی الله عَلَیهِ وَ الِهِ عَلِیٌ وَلِیٌ الله عَلَیهِ السلامُ اللّهُمَّ اِلَیکَ وَجّهتُ وَجهی وَ اِلَیکَ فَوَّضتُ اَمری وَ عَلَیکَ تَوَکَّلتُ یا اَرحَمَ الرّاحِمین. Lə iləhə illəllahul-cəlilul-cəbbər,Lə iləhə illəllahul-vahidul-qəhhar, La ilahə illəllahul-əzizul-ğəffar.Lə iləhə illəllahul-kərimus-səttar. Lə iləhə illəllahul-kəbirul-mutəal. Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu iləhən vəhidən rabbən və şəhidən əhədən və samədən. Və nəhnu ləhu muslimun. Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu iləhən vəhidən rabbən və şəhidən əhədən və samədən və nəhnu ləhu əbidun. Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu iləhən vahidən rabbən və şəhidən əhədən və samədən və nəhnu ləhu qanitun. Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu iləhən vəhidən rabbən və şəhidən əhədən və samədən və nəhnu ləhu sabirun. Lə iləhə illəllah. Muhəmmədun rasulullah. Əllahummə iləykə fəvvəztu əmri və və ələykə təvəkkəltu. Yə ərhəmər rahimin. (Mənbə- Kənchaye mənəvi. (mənəvi xəzinələr)) Oxşar xəbərlər
|