Allaha hər nə qədər dua ediriksə, duamız qəbul olmur. Bəs səbəbi nədir?
Mьəllif: admin1
Tarix: 29-05-2022, 10:48
Allaha hər nə qədər dua ediriksə, duamız qəbul olmur. Bəs səbəbi nədir?
Bir çoxları şikayət edir ki, Allaha hər nə qədər dua ediriksə, yenə də duamız qəbul olmur. Bəs səbəbi nədir?

Səbəbi çox şey ola bilər. O cümlədən dua etmək ədəbini bilməməyiniz. Dua etməyin xüsusi qayda və ədəbi vardır ki, əgər onlara riayət olunarsa, o zaman yerinə yetməsi daha tez olar.

O cümlədən:

1. Mərifət və tanıma. Duanın ilk şərti budur ki, dua etdiyin Kəsi yaxşı tanıyasan və biləsən ki, Kimdən duanın yerinə yetirilməsini istəyirsən. Ona görə də duaya Allaha həmd və mədh ilə başlamaq lazımdır.

2. Dua gərək səmimi qəlblə, yəni, ixlasla yerinə yetirilsin. Yəni, dua edən zaman diqqətiniz 100% Allahda olmalıdır və nə dediklərinizə də diqqət etməlisiniz.

3. Dua edən insanın həm qorxusu və həm də ümidi olmalıdır. Yəni, öz eyb və günahlarından qorxmalı, duanın yerinə yetəcəyinə ümid bəsləməlidir.

4. Dua edən zaman yalvaran insan halını alın və müti olmağa çalışın.

Allahı gizlində və xəlvətdə çağırmaq. “Rəbbinizi yalvarıb-yaxararaq və gizlin çağırın (və istəməkdə ağıl çərçivəsindən çıxıb həddi aşmayın). Həqiqətən O, həddi aşanları sevmir”. (“Əraf” 55).

5. Malınızı, evinizi qəsb olunmuş şeylərdən təmizləyin və haramları məhv edin. Yəni, qəsb, rüşvət və ya sələm yolu ilə alınmış şeyləri evinizdən çıxardın.

6. Şübhəli qidalardan çəkinin və yediyiniz yeməyin halal olmasına diqqət edin.

7. Duanın qəbul olmasına mane olan başqa amillər də vardır: o cümlədən: əmr-be-məruf və nəhy-əz-munkəri tərk etmək, qəflətdə olmaq, ictimai fəsada göz yummaq kimi.

Həzrət Peyğəmbər (s) buyurur: “Gərək əmr-be-məruf və nəhy-əz-munkər edəsiniz. Əks halda Allah şər insanları yaxşılar üzərində hakim edər, hər nə etsələr (duaları) qəbul olmaz”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031