Cəm halında dua etməyin misilsiz bərəkətləri
Baxmayaraq ki, Allahın bəndələrin dualarında xəbəri vardır, ancaq duanın ədəbi budur ki, onu dilinə gətirəsən.
İmam Sadiq (ə) buyurur: “Allah bilir ki, bəndələri dua edən zaman nə istəyirlər. Ancaq istəyir ki, hacətlər dərgahında şərh olunsun”. Kəəb Əxbar nəql edir ki, Tövratda belə yazılmışdır: “Ey Musa! Mən yaratdıqlarımdan qafil deyiləm. Ancaq istəyirəm ki, bəndələrimin dua avazını mələklərimə eşitdirəm və mələklər Adəm övladının Mənə yaxınlaşmasını görsünlər. Bunu nəzərə alaraq, Mən onlara bu yaxınlaşma üçün güc verərəm və lazım olanları onlar üçün hazır edərəm”. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman sizlərdən biriniz dua edər, hamı üçün dua etsin ki, bu duanın yerinə yetməsi daha yaxındır”. Cəm halında dua etmək İslami təlimlərdə bəyənilən əməllərdən hesab olunur. Allah Təala buyurur: “Öz nəfsini həmişə özlərinin Rəbbinin razılığını diləyən halda sübh vaxtı və axşamçağı Onu çağıranlara qoş”. (“Kəhf” 28). Əba Abdullah (ə) buyurur: “Nə zaman 40 nəfər bir yerə yığılar, Allahdan bir şey istəyərlər, Allah Təala onların duasını yerinə yetirər. Əgər 40 nəfər olmasa belə, dörd nəfər olsa Allahı on dəfə çağırsalar – duaları yerinə yetər. Əgər dörd nəfər olmasa, bir nəfər olsa – Allahı 40 dəfə çağırsa da belə, Əziz və Cəbbar olan Allah, duasını yerinə yetirər”. Həzrət (ə) başqa yerdə buyurur: “Nə zaman dörd dəstə bir yerdə toplaşsa ki, müəyyən mövzuya görə Allaha dua etsinlər – məgər o halda bir-birindən ayrılarlar ki, duaları yerinə yetər”. Duaların qəbul olduğu bu ayda bütün mömin və möminələr üçün də dua etməyi unutmayaq! /Deyerler.org/ Oxşar xəbərlər
|