Qurani-Kərimin dili ilə dua edək! – Qısa və gözəl bir dua nümunəsi
Mьəllif: admin1
Tarix: 21-03-2021, 14:00
Qurani-Kərimin dili ilə dua edək! – Qısa və gözəl bir dua nümunəsi
Qurani-Kərim Rəbbimizin bizə bir lütfü, hədiyyəsi, rəhmətidir. Bütün bunlar, hətta daha artığı Quranda mövcuddur. Çünki İlahi Kitab insan həyatının bütün sahələrini əhatə edir. Ola bilsin indi bunun hamısını görə bilmirik. Amma zaman təcrübəsi bunun həqiqət olduğunu təsdiq edir.

Bu ilahi maarifdən biri də Quranın insana rəbbi ilə dua ədəbinin, dua mərifətinin öyrətməsidir. Bəli duanın əsas şərti dua mərifətinə sahib olmaqdır. Çünki insan özünə və rəbbinə mərifət və agahlıq tapmadıqca qəlb və dil duaya gəlməz.

Qurani Kərimin dua nümunələrindən biri də “İbrahim” surəsinin 41-ci ayəsidir:

رَبَّنَا اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِلْمُؤْمِنِينَ يَوْمَ يَقُومُ الْحِسَابُ

Rəbbənə-ğfir lii və li valideyyə və lil-mumininə yaumə yəqumul hisab!

Ey Rəbbim! Haqq-hesab çəkilən gün məni, ata-anamı və möminləri bağışla!'

Bu ayə Hz.İbrahim peyğəmbərin dilindən zikr olunur. İbrahim (ə) peyğəmbər övladı İsmaili (ə) və həyat yoldaşı Həcər indiki Kəbə yaxınlığında səhra bir ərazidə buraxdığında dua edir. İbrahim peyğəmbər həm özü, ata-anası, həm də gələcək mömünlər üçün dua edir, onların qiyamətdə əfv olunmasını istəyir.

Həmçinin öncəki ayədə isə insanların namaz qılan olması üçün dua edir. Bu ayə bir daha namazın əhəmiyyətini və öncəki ümmətlərə də mövcud olduğunu göstərir:

Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur!

Hədislərdə buyrulur ki, valideyn düyasını dəyişdikdən sonra onun üçün bir neçə halda əməl dəftəri bağlanmır, əksinə onun üçün hələ savab yazılır. Bunlardan biri də imanlı övlad qoyub getməkdir.

Həqiqətən də insanın valideynləri üçün, mömin qardaşları üçün dua edə bilmə hissinin olması Allahın bəxş etdiyi böyük bir şərəf və izzətdir!




Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930