Qurani Kərimdən qısa və gözəl bir dua nümunəsi – Muminun-109
Hər bir şəriət sahibi peyğəmbər (ə) peyğəmbərliyə məbus olarkən Mütəal Allah həmin peyğəmbərə şəriəti və həmin dinin məsələlərini bəyan edən kitab nazil edir.
Bu səmavi kitablar təkcə şəriət hökümlərini deyil, insanın həyati əhəmmiyyətli bütün məsələlərini əhatə edir. O cümlədən əxlaq və maarifi də buna aid etmək olar. Qurani Kərim də səmavi kitab olaraq, həm də sonuncu kamil dinin kitabı olaraq bəşəriyyətə, insanlığa lazım olan bütün sahələri özündə ehtiva edir. Bütün bunlarla yanaşı Quran bizə ədəb və rəbbimizlə ünsiyyət yollarını təlim edir. Quranın dua nümunələrindən biri də Muminun surəsinin 109-cu ayəsidir. Ayədə buyrulur: رَبَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا وَارْحَمْنَا وَأَنْتَ خَيْرُ الرَّاحِمِينَ “Rəbbənə amənnə. Fəğ-fir lənə. Vər-həmnə. Və əntə xayrur-rahimin”“Ey Rəbbimiz! Biz (Sənə) iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!” Ayənin zahirindən görünən budur ki, xitab cəhənnəm əhlinə olunur. Beləki qiyamətdə, yaxud cəhənnəmdə olan olan günahkarlar dua edər, əfv diləyər və geri dönərlərsə yaxşı əməl sahiblərindən olacaqlarına söz verərlər. Lakin artıq geri dönüş yoxdur. İnsan gərək dünyada olduğu müddətdə əbədi həyat olan axirətini və Allahın hesab çəkəcəyini düşünsün. Necəki iman əhli bunu düşünüb rəbbinin hökümlərinə tabe olurlar. Qurani-Kərim də bunu bir ayə olaraq günahkarlara misal çəkir və möminlərdən örnək almalarını söyləyir. Həm də yol göstərərək! Həmin yol iman, günahını etiraf edib tövbə etmək və Allahın rəhmətinə sığınmaqdır. Uca yaradana Onun buyurduğu kimi, Quranın dili ilə dua edək ! (İslaminSesi) Oxşar xəbərlər
|