Niyə duadan sonra əlimizi üzümüzə sürtürük?
Ayətullah Cavadi Amuli "Ğafir" surəsinin 59 ilə 65-ci ayələrinin təfsirində mühüm məqamlara toxunub.
İslam alimi xüsusilə dua məsələsinə işarə edən 60-cı ayəyə dair bir çox insanın beynindəki suallara cavab xarakterində olan izahat verib. Uca Allah dua məsələsinə işarə etmişdir. Dua yalnız möminlərə xas deyil, kafirlərin də duası vardır. Ayədə belə buyurulur: Rəbbiniz buyurdu: «Məni çağırın ki, Mən də duanızı qəbul edim. (Dua etməyi özünə sığışdırmamaq ibadəti özünə sığışdırmamaq deməkdir və) əlbəttə, Mənə ibadət etməyi özünə sığışdırmayanlar tezliklə xar və xəcalətli şəkildə Cəhənnəmə daxil olacaqlar». Ayətullah Cavadi Amuli daha sonra belə buyurur: "Kafirlərin duasına dair bu surənin 50-ci ayəsində belə buyurmuşdur: "Yalvarın, amma (bilin ki) kafirlərin yalvarması hər zaman mənasızdır". Kafir qaranlıqda ox atan bir ovçuya bənzəyir. Həyatında istiqaməti olmadığı üçün onun duasında da istiqamət və düzgünlük yoxdur. Ancaq mömin belə deyil. Mömin öz varlığı ilə aqibəti arasındakı əlaqəni dərk etdiyi üçün müəyyən bir istiqamətdə hərəkət edir. Siratül müstəqimdədir. Bu səbəbdən də etdiyi dua hədəfinə çatır və əlini səmaya açıb yalvararkən duası qəbul olur. Yəni Allaha yönələrək əllərini səmaya açan hər bir möminin duasının ardından əlləri boş deyil, doludur. Elə buna görə də duadan sonra Allah köməkləri ilə dolmuş olan əllərimizi üzümüzə çəkməyimiz tövsiyə edilmişdir." (Maide.az) Oxşar xəbərlər
|