Qurani Kərimdən qısa və gözəl bir dua nümunəsi – Furqan (64)
Quran bir ilahi lütf olaraq əhatəli bir kitabdır. Bu kitab əqidəvi, əxlaqı, şəri, tarixi və bir çox maarifləndirici mühüm sahələri əhatə edir. O cümlədən insana dua təfəkkürünü öyrədir.
Dua etmək yalnız istəməkdən ibarət deyil. Əslində dua, istəmək təfəkkürünə sahib olmaq deməkdir. İnsanın istəyəcək yerini bilmək, nə istəyəcəyini bilməkdir. Quranın dua nümunələrindən biri də Furqan surəsinin 65-ci ayəsidir: رَبَّنَا اصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur! Quran bu duanı möminlərin dilindən zikr edir. Hətta Quran, möminləri “Rəhmanın bəndələri” deyəri deyərək xatırladır: -Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər. -Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər. -Və belə deyərlər: 'Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir! (Furqan-63-64 -65) İnsanın yetişə biləcəyi ən uca məqam Rəhmana bədə olmasıdır. İnsan dünya və axirət izzətini, şərəfini yalnız Allaha itaətdə və bəndəçiliylə əldə edə bilər: “Həqiqətən şərəf-şan, izzət (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!” (Munafiqin-8) (İslaminSesi) Oxşar xəbərlər
|