Qəsəs-28 – Qurani-Kərimdən qısa və gözəl bir dua nümunəsi
Mьəllif: admin1
Tarix: 3-08-2018, 22:17
Qəsəs-28 – Qurani-Kərimdən qısa və gözəl bir dua nümunəsi
Dua etmək, rəbbi ilə ünsiyyət qurmaq insan mənəviyyatının paklığına və mənəvi yüksəlişinə müsbət təsir edən ən mühüm amillərdəndir.

Amacı insan hidayətinə xidmət edən Quran, bu nümunələrdən tez-tez istifadə edir, ali ruhuyyəli şəxslərin münacatlarından nümunələr gətirir. Bunula həm bu şəxsləri tanıtdırır, həmdə onların dilindən ən düzgün etiqadı bəyan edir.

Bu kimi nümunələrdən biri də Həzrət Musanın (ə) dili ilə deyilən duadır:

رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي فَاغْفِرْ لِي

Rəbbi inni zələmtu nəfsi, fəğfir lii.

“Ey Rəbbim! Mən özüm-özümə zülm etdim. Məni bağışla!”

Bu ayə Qəsəs surəsinin 16-cı ayəsində zikr olunub. Ayə Musa (ə) peyğəmbərin dilindən zikr olunur. Həzrət musa (ə) dalaşan iki nəfəri ayırmaq üçün araya girir və bilmədən vuraraq birini öldürür. Sonra isə tövbə edərək Allahdan bağışlanılma diləyir:

“O, şəhərə əhalisi xəbərsiz ikən daxil oldu və orada bir-biri ilə vuruşan iki kişi gördü. Biri onun tərəfdarlarından, o biri isə düşmənlərindən idi.

Tərəfdarlarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı. Musa onu vurub öldürdü və dedi: “Bu (dava) şeytan əməlindəndir. Həqiqətən, o, (haqq )(yoldan) azdıran açıq-aydın bir düşməndir!”– dedi. (Qəsəs-15)

Həzrət Musanın (ə) duası bir nümunə olaraq zikr olunur. İnsan dua etdikdə, tövbə etdikdə bu Quran ayəsini özünə örnək edə bilər. Həzrət Musanın (ə) dili ilə dua edə bilər.

Uca yaradana Onun buyurduğu kimi, Quranın dili ilə dua edək !



(İslaminSesi)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031