Həzrəti İbrahimin (ə) dilindən qısa və mühüm bir dua nümunəsi – İbrahim-14
Qurani-Kərim bir ilahi maarif kitabıdır. İnsan mənəviyyatının və mənəvi təkamülünün bütün tələblərinə cavab verən bu kitab, Rəhman Allahın bəşərə bir rəhmətidir.
Bu ilahi maarifi əks etdirən mtləblərdən biri də Quranın insana rəbbi ilə dua ədəbini, dua mərifətini öyrətməsidir. Bəli duanın əsas şərtindən biri də dua mərifətinə sahib olmaqdır. Çünki insan özünə və rəbbinə mərifət və agahlıq tapmadıqca qəlb və dil duaya gəlməz. Quran, İbrahim surəsinin 14-cü ayəsində Həzrət İbrahimin (ə) dilindən belə zikr edir: رَبِّ اجْعَلْنِي مُقِيمَ الصَّلَاةِ وَمِنْ ذُرِّيَّتِي Rəbbic-əlni muqiməs-səlati və min zurriyyətii Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Quran, bu ayədə bir neçə mühüm mətləbi önə çəkir ki, bunlara namazın əhəmiyyətini, övlad tərbiyyəsini, namazın insanın özündə və gələcək nəslində mühüm təsirə malik olmasını qeyd etmək olar. Ən əsası isə bütün bu nailiyyətlərdə insanın Rəbbinə möhtac olmasıdır. Bu səbəbdən ayənin davamında buyrulur: رَبَّنَا وَتَقَبَّلْ دُعَاءِ Rəbbənə təqəbbəl dua – Allahım duamızı qəbul et!(İslaminSesi.info) Oxşar xəbərlər
|