İmam Sadiqin (ə) Əbu-Bəsirə təlim etdiyi təsirli ruzi duası
Kuleyni əl-Kafi əsərində (c.2, s.551-552) ruzi gətirən bu dua haqda belə nəql edir:
Əbu Bəsir deyir ki, İmam Sadiqə(ə) ehtiyaclıqdan və yoxsulluqdan şikayət etdim və ondan xahiş etdim ki, ruzi üçün mənə bir dua təlim etsin. Beləcə, mənə bir dua öyrətdi ki, onu oxuduqdan sonra (təsirini gördüm və) daha ehtiyaclı olmadım. O buyurmuşdu: Gecə namazından sonra səcdədə de: “Ya xəyrə məd`uvv və ya xəyrə məs`ul və ya əvsə`ə mən ə`ta və ya xəyrə murtəca, urzuqni və əvsi` ələyyə min rizqikə və səbbib li rizqən min qibəlikə, innəkə əla kulli şəy`in qədir”. Tərcüməsi: “Ən iltimas olunanların ən yaxşısı, Ey istəklərin bildirildiyi ən yaşı varlıq, Ey ən çox əta edən, Ey ən yaxşı ümid yeri, Mənə ruzi ver! Mənə verdiyin ruzini artır! Öz tərəfindən mənə ruzinin gəlməsinə səbəb ol! Sən hər şeyə qadirsən” يَا خَيْرَ مَدْعُوٍّ وَ يَا خَيْرَ مَسْئُولٍ وَ يَا أَوْسَعَ مَنْ أَعْطَى وَ يَا خَيْرَ مُرْتَجًى، ارْزُقْنِي وَ أَوْسِعْ عَلَيَّ مِنْ رِزْقِكَ، وَ سَبِّبْ لِي رِزْقاً مِنْ قِبَلِكَ، إِنَّكَ عَلى كُلِّ شَيْءٍ قَدِيرٌ". Bu duanın oxunma zamanına gəldikdə isə onu gecə namazından sonra və habelə gündəlik namazların axırıncı səcdəsində də demək daha münasibdir. Onu namazlardan sonra, ya istənilən hər zamanda demək olar. Oxşar xəbərlər
|