Bu cümləni deməklə, İmam Əli (ə) düşmənlərə qalib gəlirdi
İmam Hüseyn (ə) buyurur: “Atam nəql edir: “Bədr döyüşünə bir gecə qalmış Xızr peyğəmbəri (ə) yuxuda gördüm və ona dedim: “Mənə elə şey öyrət ki, onunla düşmənə qalib gəlim”.
O, mənə dedi: De: "یا هُوَ یا مَن لا هُوَ إلاّ هُوَ،” "Ya huvə ya mən lə huvə illə huvə" O zaman ki, səhər açıldı, onu Peyğəmbərə (s) danışdım. Buyurdu: “Ey Əli! Allahın əzəmətli adı sənə öyrədilmişdir”. Bədr günü bu cümlə davamlı olaraq dilimdə idi””. İmam Əli (ə) bu cümlələrdən sonra “Tövhid” surəsini oxuyurdu. Sonra yenə həmin cümləni deyir və buyururdu: “Məni bağışla və kafir dəstəyə qalib et!”. Nəql edilir ki, Siffeyn döyüşündə də bu duanı oxuyurdu. Əmmar ondan soruşur: “Ey Əmirəl-möminin! Bu işarə nədir?”. Həzrət Əli (ə) buyurur: “Allahın əzəmətli adı və tövhidin sütunudur”. Sonra bu ayəni tilavət etdi: ...شَهِدَ اللَّهُ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ (ŞəhidAllahu innəhu lə iləhə illə huvə..). (Ali-İmran-18) Atdan düşüb dörd rükət namaz qıldı”. /Deyerler.org/ Oxşar xəbərlər
|