Şeytanın vəsvəsələrindən şikayətlənənlər üçün tövsiyə edilən zikr və dualar
Mьəllif: admin1
Tarix: 12-03-2021, 18:05
Şeytanın vəsvəsələrindən şikayətlənənlər üçün tövsiyə edilən zikr və dualar
Xatirələr - İnsanın keçmişdə yaşadığı hadisələrin təkrardan zehinə gəlməsi və insanı məşğul etməsi deməkdir. Bunlar hər cür duyğu və düşüncə, ya da yaşanan bir hadisənin yenidən zehində təkrarlanması şəklində ola bilər.

Əvvəla bunları yada salmamaq lazımdır. Yada düşürsə də bir an əvvəl xilas olmaq lazımdır. Xüsusilə namaz, dua kimi xüsusi vəziyyətlərdə çox daha diqqətli olmaq lazımdır.

Vəsvəsə - İnsanın ağlına, ürəyinə gələn yersiz düşüncələr, insanı məşğul edən axmaq fikirlər və.s bu qəbildəndir. Vəsvəsədən xilas olmağın ən təsirli yolu ona etina etməməkdir.

Bununla yanaşı, həm "xatirələr" dən, həm də "vəsvəsə" dən xilas olmaq üçün bəzi zikr və dualar tövsiyə edilmişdir. Həm hədislərdə, həm də böyük ariflərin dilindən bu vəziyyətlər üçün zikr və dualar bunlardır:

Mərhum Ayətullah Kəşmiri buyurur ki: ""Lə ilahə illəllah" zikrini tez-tez demək, pis xatirələrin uzaqlaşmasında çox təsirlidir".

"Əzkar-ı Nafiə" kitabında "Lə ilahə illəllah" və "Lə həvlə və la quvvətə illa billəhil-aliyyil-azim" zikirlərinin insanların pis xatirə və düşüncələrdən qurtulmasında təsirli olduğu ifadə edilmişdir.

Mərhum Ayətullah Kəşmiri: "Şeytanların əziyyətini, vəsvəsələrdən, pis xatirələrdən şikayət edənlərə "Ayətəl-Kürsi", həm də "Fələq və Nas" surələrinin tez-tez təkrarlanmasını tövsiyə edərək, şeytanların insanlardan uzaqlaşmasında bu ayə və surələrin çox təsirli olduğunu buyurmuşdur.

Ayətullah Behcət "İnsanların zehnindən pis duyğu və düşüncələri, vəsvəsələri uzaqlaşdırmağın yolu nədir?" sualına bu cavabı vermişdir: "Onların ziddini edin".

"Zidd nədir?" deyə soruşulduqda da "Çox salavat gətirmək və bol istiğfar etmək" deyə cavab vermişdir.

Rəsulullah (s) möminlərin əmiri İmam Əliyə (ə) belə buyurdu: "Səhv düşüncələrdən xilas olmaq üçün bu duanı oxu:

"Sən Quran oxuduğun zaman səninlə axirətə inanmayanların arasına görünməz bir pərdə çəkərik. Anlamasınlar deyə, onların qəlblərinə pərdə çəkib qulaqlarına əngəl qoyduq. Sən Quranda Rəbbini bir tək tanrı olaraq andığın zaman onlar nifrət əlaməti olaraq arxalarını çevirib gedərlər. (Əl-İsra surəsi, 45-46)

"Məkarimul-Əxlaq" kitabında, qəlbdən vəsvəsələrin təmizlənməsi üçün "Nəhl" surəsinin 98-ci ayəsini və "Fələq" və "Nas" surələrinin oxunması tövsiyə edilmişdir.

Möminlərin Əmiri (ə) belə nəql edilmişdir: "Şeytanın vəsvəsə və təlqinlərindən xilas olmaq üçün "Əuzu billəhi minəş-şeytanir-racim" deyərək Allaha (c.c) sığının və daha sonra həm dillə, həm də qəlbən (diqqətlə) bu zikri oxuyun:

آمَنْتُ بِاللّٰهِ وَ رَسُولِهِ مُخلِصاً لَهُا لدِّينَ

"Allaha və Onun Peyğəmbərinə iman etdim, dini ona məxsus edərək".

Şeyx Səduq belə rəvayət etmişdir: Şeytan Həzrəti İsaya (ə) vəsvəsə etməyə başlayanda, Həzrəti İsa (ə) bu zikri oxudu:

سُبْحانَ اللّٰهِ مِلءَ سَماواتِهِ وَأرْضِهِ وَمِدادَ كَلِمَاتِهِ وَزِنَةَ عَرْشِهِ وَرِضاءَ نَفْسِهِ

"Göylərə və yerə sığacaq qədər Allahı (c.c) təsbih edirəm; Onun sözlərinin sayı qədər, ərşinin ağırlığı qədər və razı olduğu qədər".

Həzrəti İsa (ə) bu zikri oxuduğu zaman şeytan özünü unutdu və bataqlığa qərq oldu.

Mərhum Şəhidi Əvvəl, Rəsulullahdan (s) belə nəql etmişdir: "Şeytan iki qisimdir: Birincisi insi şeytan; ikincisi cinni şeytan.

İnsi şeytan "salavat" ilə uzaqlaşar; cinni şeytan isə "Lə həulə və la quvvətə illa billəhil-aliyyil-azim" zikri ilə uzaqlaşar.

Pis sifətləri islah üçün bəzi dualar:

İmam Sadiqdən (ə) belə nəql edilmişdir: "Kim əsəbidirsə, olduğu vəziyyəti dəyişdirsin. Ayaq üstədirsə otursun, oturubsa ayağa dursun. Bu iş şeytanın pisliyini uzaqlaşdırar".

"Yaxınlarınızdan birinə hirslənmisinizsə, ona toxunun (qucaqlayın, əlini tutun və.s) Bu hirs atəşini söndürər".

"Hirsləndiyiniz zaman bu duanı oxuyun:

أللّهُمَّ أذْهِبْ عَنِّى غَيْظَ قَلْبِى وَاغْفِرْ لِى ذَنبِى وَأجِرْ نِى مِنْ مُضِلاّتِ الْفِتَنْ

أسْألُكَ رِضاكَ وَأعُوذِ بَكَ مَنْ سَخَطِكَ أسْألُكَ جَنَّتَكَ وَأعُوذُ بِكَ مِنْ نارِكَ

أسْألُكَ الخَيرَ كُلَّهُ وَأعُوذُ بِكَ مِنَ الشَّرِّ كُلِّهِ أللّٰهُمَّ ثَبِتْنِى عَلَى الْهُدىٰ وَالصَّوابِ وَاجْعلنی راضِياً مَرْضِيّاً غَيرَ ضَالّ وَلا مُضِلِّ

"Allahım ürəyimin hirsini məndən götür; günahımı bağışla, sapdırıcı fitnələrdən məni özünə sığındır. Səndən razılığını diləyirəm və qəzəbindən Sənə sığınıram.

Səndən cənnətini diləyirəm və atəşindən sənə sığınıram. Bütün xeyirləri Səndən diləyirəm və bütün şər və pisliklərdən Sənə sığınıram.

Allahım, məni hidayət və düzgünlük üzərində sabit et; məni rizana razı olan və Özünün razı olduğu kəslərdən et, aldadılan və aldadan etmə".

Ayətullah Kəşmiridən "Qəzəbi məğlub etmək üçün hansı zikr təsirlidir?" deyə soruşduqlarında, "Lə ilahə illəllah" zikrini tövsiyə etmişdir.

Ayətullah Behcətdən "Riyanın müalicəsi üçün nə edək?" deyə soruşulduğunda, qəlbdən inanaraq "Lə həulə və la quvvətə illa billəhil-aliyyil-azim" zikrini oxumaqlarını tövsiyə etmişdir.

Ayətullah Behcətdən qürur və təkəbbürün müalicəsi üçün nəyi tövsiyə edirsiniz deyə soruşulduğunda; "Lə həulə və la quvvətə illa billəhil-aliyyil-azim" zikrini çox deyin - deyə buyurmuşdur.

Ayətullah Behcətdən "Qəzəbi müalicə etmək üçün nə edilməlidir?" deyə soruşulduğunda; "Özünü danla və çoxlu salavat de" buyurmuşdur.

Vəsvəsədən şikayət ediləndə, İmam Sadiq (ə) belə buyurdu: "Əlini sinənə sürtərək bu zikri oxu:

بِسمِ اللّٰهِ وَ بِاللّٰهِ مُحَمَّدٌ رَسُولُ اللّٰهِ وَلاحَولَ وَلا قُوَّةَ اِلابِاللّٰهِ الْعَلِىِّ العَظيمِ اَللّٰهُمَّ امْسَحْ عَنّى ما اَحْذَرُ

Allahın adı ilə və Allaha söykənərək. Muhəmməd Allahın Rəsuludur. Allaha bağlı olmayan heç bir güc və qüvvət yoxdur. Allahım, qorxduğum şeyi məndən sil götür”.

Daha sonra əlini qarnına sürt və eyni zikri üç dəfə yenidən oxu; heç şübhəsiz Allah (c.c) səni vəsvəsədən qurtarar” buyurdu.

Mərhum Kuleyni İmam Sadiqdən (ə) rəvayət edir; Bir nəfər Rəsulullahın (s) yanına gəldi ve belə dedi: “Ey Allahın Rəsulu, borclar məni üstələyib, həm də vəsvəsəyə mübtəla olmuşam; nə etməliyəm?” Rəsulullah (s) ona bu duanı oxumağını söylədi:

“Əsla ölməyəcək olan diriyə təvəkkül edirəm. Həmd olsun O Allaha ki, nə bir dostu, nə də bir övladı vardır. Mülkündə heç bir şəriki yoxdur. Onu hakimiyyəti altına ala biləcək vilayət sahibi yoxdur ve Onu tam mənada böyük say”.

Bir müddət sonra adam Rəsulullahın (s) yanından keçərkən, Rəsulullah (s) ondan “Nə oldu?” deyə soruşdu. Adam “Bir müddət duaya davam etdim, həm borcumdan, həm də vəsvəsədən qurtuldum” dedi.
/ Maide.Az /
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031