Bu dua – Peyğəmbərimizin (s) ən çox etdiyi duadır
Mьəllif: admin1
Tarix: 26-10-2021, 22:12
Bu dua – Peyğəmbərimizin (s) ən çox etdiyi duadır
Ali dini Rəhbər öz xütbələrinin birinin sonunda bu duanı demişdir:

“یا مُقَلِّبَ القُلوبِ ثَبِّت قُلوبَنا عَلی دینِک.»

"Ya muqallibəl-qulub, sabbit qalbi alə dinikə". ("Ey, o kəs ki, qəlblərin çevrilməsi Onun əlindədir. Qəlbimi Sənin dinində möhkəm et")

Bu dua – böyük din alimlərinin ən çox tövsiyə etdiyi dualardan biridir. Ola bilsin ki, bəziləri etiraz edərək desinlər ki, bizim dinimizdəki yəqinliyimiz sabitdir, ona görə də bu dua daha aşağı təbəqədə yerləşən möminlərə şamil edilir.

Xeyr, belə deyildir. İnsan möminlik pilləsinin hansı məqamında qərar tutursa-tutsun – insanın qəlbi olar, imanı olar, dindarlığı var. Hər an qərar tutduğu məqamdan süqut etmək təhlükəsi mövcuddur.

Ancaq bu dua bizə öyrədir ki, Allahdan istəyək bizi tutduğumuz məqamda sabitqədəm etsin və süqut etməyə qoymasın. Əksinə, daha da yüksəlməyimizə tofiqat versin.

Hədislərimizdə bu dua “Ğəriq duası” adı ilə məşhurdur. Abdullah ibn Sinan nəql edir: “İmam (ə) buyurmuşdur: “Tezliklə şübhəyə düşəcəksiniz ki, ondan xilas ola bilməyəcəksiniz, məgər o kəsdən başqa ki, “Ğəriq” duasını oxuyar””.

Bu dua belədir:

يَا اَللَّهُ يَا رَحْمٰنُ يَا رَحِيمُ
Ya Allahu, ya Rəhmanu, ya Rahim

يَا مُقَلِّبَ ٱلْقُلُوبِ
Ya muqallibəl-qulub
Ey, o kəs ki, qəlblərin çevrilməsi Onun əlindədir.

ثَبِّتْ قَلْبِي عَلَىٰ دِينِكَ
Sabbit qalbi alə dinikə

Qəlbimi Sənin dinində möhkəm et.

Həmçinin, Həzrət Peyğəmbərin (s) ən çox oxuduğu dualardan biri də məhz bu dua olmuşdur. Peyğəmbərin (s) həyat yoldaşı Ümmi Sələmədən soruşurlar ki, Həzrətin (s) ən çox oxuduğu dua hansı olmuşdur? O, demişdir ki, “Ğəriq duası”.

Mən də bu sualı Həzrətə (s) vermişdim və o, bu duanı tövsiyə etdikdən sonra, mənə buyurmuşdu: “Ey Ümmi Sələmə! Elə bir insan yoxdur ki, məgər qəlbi Allah qüdrətinin iki barmağı arasında yerləşməsin. İstədiyini davamlı edər və istədiyini yolundan azdırar””.

Əslində davamlılıq və sabitqədəm olmaq, eləcə də yolundan azmaq – qəlbə aid olan əməllərdəndir. İlk addım – insanın seçim etməsi və imanıdır.

İkinci addım isə Allahın onun əməli qarşılığında verdiyi nəticədir. Hər kim Sirat yolundan azar – həmin adamın öz seçiminə görə olar. Ancaq nəticəsini Allah verər. Əgər insan havayi-nəfsini seçərsə və maddiyyat ardınca gedərsə, Allah da onun qəlbini mənəviyyat yolundan çevirər.

Ona görə də yolumuzun azması – öz seçimimizin nəticəsidir. Yolumuzu düz seçib, bu yolda sabitqədəm olmaq da öz seçimimizə bağlıdır.

İnsanın hər an nəsihətə ehtiyacı vardır və onlardan biri də məhz “Ğəriq duası”dır ki, Məsumlarımız (ə) tövsiyə edirlər.





/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031