Tövbə duası
Mьəllif: admin1
Tarix: 11-02-2023, 10:25
Tövbə duası
Oxucumuzun “Tövbə duasının necəliyi barədə və tövbə etmək üçün xüsusi bir zikri varmı?” – sualına cavab olaraq bildiririk ki, Allah-Taala insanlara günahları nə qədər böyük olsa belə, haqq yola qayıtmaq fürsəti vermişdir ki, buna “tövbə” (qayıdış) deyilir.

Yəni insan pis işlərindən həqiqətən narahat olur və bir daha onları etməyəcəyi haqqında Allah-Taala hüzurunda söz verir.

Tövbə etmək üçün pis əməllərin tərki, onlara görə Allahdan üzr istəyib, o əməlləri bir daha təkrarlamamaq kifayət edir.

İnsan bu peşmnaçılığı hər bir sözlə ifadə edə və Allah-Taaladan bağışlanmaq diləyə bilər ki, adətən insanlar arasında ən çox istifadə edilən zikr “Əstəğfirullahə rəbbi və ətubu iləyh” zikridir, yəni “Allahımdan bağışlanmaq diləyirəm və (düşdüyüm pis yoldan və etdiyim günah və xətalardan peşmanam və) Ona tərəf qayıdıram.”

Amma bəzi ayə və hədislərdə tövbə, tövbənin şərtləri, tövbənin faydası və tövbə zikrlərinə işarə olunduğu üçün, biz də tövbə və onun sözlərinin necə olacağı barədə bir neçə hədisə işarə edirik:

Peyğəmbər (s) buyurur:

لِكُلِّ دَاءٍ دَوَاءٌ وَ دَوَاءُ الذُّنُوبِ الِاسْتِغْفَارُ

“Hər dərdin dərmanı var və günahın dərmanı tövbə və istiğfardır.”[1]

O həzrət başqa bir hədisdə buyurur:

سَيِّدُ الْقَوْلِ لَا إِلَهَ إِلَّا اللَّهُ وَ خَيْرُ الْعِبَادَةِ الِاسْتِغْفَارُ‌

“Sözlərin ağası “La ilahə illəllah” və ibadətlərin xeyirlisi istiğfar və tövbədir.”[2]

Həmçinin başqa bir hədisdə buyurur:

خَيْرُ الدُّعَاءِ الِاسْتِغْفَارُ

“Duaların ən yaxşısı istiğfradır (Allahdan bağışlanmaq diləməkdir).

İmam Baqir (ə) buyurur:

إِنَّ اللَّهَ إِذَا أَرَادَ أَنْ يُعَذِّبَ أَهْلَ الْأَرْضِ بِعَذَابٍ قَالَ «لَوْ لَا الَّذِينَ يَتَحَابُّونَ فِي حَلَالِي وَ يَعْمُرُونَ مَسَاجِدِي وَ يَسْتَغْفِرُونَ بِالْأَسْحَارِ لَأَنْزَلْتُ عَذَابِي

“Allah-Taala yer əhlini cəzalandırmaq istədiyi zaman buyurur: Əgər mənim halal etdiyimi qazanmağı sevənlər, məscidlərimi təmir edənlər və səhərlər tövbə edib bağışlanmaq diləyənlər olmasaydı, həqiqətən, yer üzünə əzabımı nazil edərdim!”[3]

Tövbə zikrinin necə olması barədə Cabir bin Əbdullah Ənsaridən əziz İslam Peyğəmbərinin (s) belə buyurduğu nəlq olunur:

تَعَلَّمُوا سَيِّدَ الِاسْتِغْفَارِ اللَّهُمَّ أَنْتَ رَبِّي لَا إِلَهَ إِلَّا أَنْتَ خَلَقْتَنِي وَ أَنَا عَبْدُكَ وَ أَنَا عَلَى عَهْدِكَ وَ أَبُوءُ بِنِعْمَتِكَ عَلَيَّ وَ أَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي إِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ

“Tövbə və istiğfar etməyin ən alisini öyrənin (və o belədir):

“Əllahummə əntə rəbbi, la ilahə illa əntə, xələqtəni və ənə əbdukə və ənə əla əhdikə və əbu`u bini`mətikə ələyyə və əbu`u ləkə bizənbi, fəğfirli, innəhu la yəğfiruz-zunubə illa əntə.”[4]

“Ey Allahım! Sən mənim Rəbbim və sahibimsən! Səndən başqa yaradan (və ibadətə layiq olan) yoxdur! Sən məni yaratmısan və mən Sənin qulun və bəndənəm!

Səninlə bağladığım əhd-peymana (layiqli bəndə olacağıma və əmrlərindən kənara çıxmayacağıma) sadiqəm!

Etiraf edirəm ki, Sən mənə nemət vermisən (amma mən Sənin hüzurunda günah etmişəm)!

Günahlarımın şərindən Sənə sığınıram! Bağışla məni ey Rəbbim ki, həqiqətən, Səndən başqa bağışlayan yoxdur!.”


[1] “Səvabul-əmal”, Şeyx Səduq, səh.164;

[2] “Əl-cəfəriyyat”, Məhəmməd ibn Məhəmməd Əşəs Kufi, səh.228;

[3] “Əl-məhasin”, Bərqi, 1/53;

[4] “Məanil-əxbar”, Şeyx Səduq, səh.140.


(Maide.az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031