Səcdədə edilən ən üstün zikr
Mərhum Mirzə Cavad Məliki Təbrizi deyir:
“Mən bir arif tanıyıram ki, onun kimi uca məqamda olanını görməmişəm. Ondan soruşmuşam ki, maarifi cəlb etmək üçün hansı əməlləri təcrübə etmək lazımdır? O, dedi: “Hər gecə və gündüz bir dəfə uzun səcdəyə getsin. Həmin səcdədə desin: لا اله الا انت سبحانک انی کنت من الظالمین "La ilahə illa ənt subhanəkə inni kuntu minəz-zalimin". Bu zikri deyən zaman özünü təbiətin zindanında təsəvvür etsin. Etiraf etsin ki, Allah ona zülmü rəva bilməmişdir. Əslində bu, bəndənin özüdür ki, özünə zülm edər. Səcdənin ədəbi belədir ki, səcdəyə getmək istəyən zaman əvvəl dizləri əymək lazımdır və sonra əlləri yerə qoymaq lazımdır. Bu əməli Əllamə Təbatəbai Həzrət Peyğəmbərin (s) buyuruşu əsasında yerinə yetirərdi”. (Deyerler.org) Oxşar xəbərlər
|