Allahım, mən nə kimi xata işlətmişəm?
Allahım, Sən haradasan?
Allahım, mən nə kimi xata işlətmişəm ki, lütfünü məndən çəkmisən? Allahım, mən nə kimi xata işlətmişəm ki, Səni artıq qəlbimdə əvvəlki kimi hiss etmirəm? Allahım, mən nə kimi xata işlətmişəm ki, qəlbim aramsız və narahatdır? Allahım, mən nə kimi xata işlətmişəm ki, belə bir cəzaya layiq olmuşam? Allahım, hər yerdə Sənin nişanələrini axtarıram, ancaq çox az tapıram. Allahım, mən itirəm. Mən özümü tanımıram. Sən artıq xəlvətlərimdə mənimlə deyilsən. Allahım, qəlbimdə olan bu tufanı sakitləşdir. Bu tufana dözməyə taqətim yoxdur. Allahım, mənə yardım et. Məni sənsiz qoyma! (Deyerler.org) Oxşar xəbərlər
|