Etdiyimiz duaların bəlalardan qorunmağa təsiri nə qədərdir?
İnsan mürəkkəb tərkibə malik olan bir varlıqdır. Onun həm cismi və həm də ruhu vardır. Cisim ilə ruh birləşərək, bir insanı təşkil edir. İnsanın bu iki hissəsinin bir-birinə təsiri vardır.
O zaman ki, ruhumuz pərişan olar, cismimiz də yaxşı əməl edə bilməz. Ona görə də cismin xəstəlikləri olduğu kimi, ruhun da xəstəlikləri vardır. Başqa tərəfdən, əgər ruhumuz şad olarsa, immun sistemimiz güclənər və cismimiz yaxşı fəaliyyət göstərər. Ruhumuz ilə cismimiz arasında balans mötədil olar. Ruhumuzun cismimizə təsiri – təsdiq olmuş bir mövzudur. Ona görə də mənəvi insanlar daha aram və daha ümidvar ruhiyyəyə malik olurlar. Onlar rəftarda da gözəl əxlaq nümayiş etdirirlər. O kəslər ki, dindardırlar və mənəviyyatla məşğuldurlar – onların cismi daha az ziyana məruz qalar. Çünki cismlərinə əmanət kimi baxırlar. Bu insanlar arasında intihar hallarına rast gəlinməz. Onlar əllərində olana Allahın neməti kimi baxarlar. Bu çətin günlərdə məhz dindar insanlar öz gigiyenalarına başqalarından daha çox riayət edirlər. Çünki onlar müraqibət əhlidirlər və bu adət onlarda mələkə halını almışdır. Elmi tədqiqatlar göstərir ki, insanın mənəvi halının cisminə təsiri çoxdur. Allahın insan və xilqət üçün həmişə proqramı vardır. Əgər insan bu proqramdan xaric olarsa, Allah onun qarşısını alar və bəla nazil edər. Əgər əksinə, insan Allahın buyurduqlarına əməl edərək yaşayarsa, Allah ona nemətlər nazil edər və savab yazar. Ona görə də deyə bilərik ki, insanın maddi və mənəvi həyatı arasında sıx rabitə vardır. Bu səbəbdən etdiyimiz duaların və zikrlərin hər bir bəlanın qarşısını almağa çox böyük təsirləri vardır. Dindar insan bu dualar vasitəsilə Allaha üz tutar və Ondan yardım diləyər, Allah da Rəhim olduğu üçün onun dualarını yerinə yetirər. Ancaq bu, o demək deyildir ki, insan sadəcə dua etməlidir. Xeyr. Dinimiz buyurur ki, əgər sağlam qalmaq istəyirsənsə, əvvəl Allahı xatırla, dua et və sonra həkimlərin dediklərinə əməl et. Bu zaman amanda qala bilərsən. Həm dua və həm də gigiyena qaydalarına əməl etmək insanı xəstəliklərdən qoruya bilər. /Deyerler.org/ Oxşar xəbərlər
|