İmam Əlinin (ə) Kufə məscidindəki münacatı
Allahummə innI əsəlukəl-əmanə yəvmə la yənfəu malun vəla bənunə illa mən ətallahə bi-qalbin səlim. Və əsəlukəl-əmanə yəvmə yəəz-zuz-zalimu ala yədəyhi yəgulu ya ləytənit-təhaz-tu məar-Rasuli səbIla.
Və əsəlukəl-əmanə yəvmə yuraful- mucri-munə bi-simahum fəyuhazu bin-navasi vəl-əqdam və əsəlukəl-əmanə yəvmə la yəczi validun an vələdihI və la məvludun huvə cazin an validi-hi şəyən innə vadallahi haqqun və əsəlukəl-əmanə yəvmə la yənfəuz-zalimInə maziratu-hum və ləhumul-lanətu və ləhum suud-dar. Və əsəlukəl-əmanə yəvmə la təmliku nəfsun li-nəfsin şəyən vəl-əmru yəvməizin lillah və əs-əlukəl-əmanə yəvmə yəfirrul-məru min ahIhi və ummihi və əbIhi və sahibətihI və bənIhi li-kul-limriin minhum yəvməizin şənun yuğnih. Və əs-əlukəl-əmanə yəvmə yəvəddul-mucrimu ləv yəf-tədI min azabi yəvməizin bi-bənihi və sahibətihi, Və ahihi və fasilətihillətI tuvIhi və mən fil-ardi cəmIan, summə yuncihi kəlla innəha ləza nəzza-atən liş-şəva. Məvlayə ya məvlayə, əntəl-məvla və ənəl-abdu və həl yərhəmul-abdə illəl-məvla, ya məvlayə əntəl-maliku və ənəl-məmluku və həl yurhəmul-məmlukə illəl-malik. Məvlayə ya məvlayə, əntəl azizu və ənəz-zəlil, və həl yərhamuz-zəlilə illəl-aziz. Məvlayə ya məv-layə, əntəl-xaliiu və ənəl-məxlug, və həl yərhamul-məxluqə illəl-xaliq. Məvlayə ya məvlayə, ən-təl-azImu və ənəl-həgir, və həl yərhamul-həgirə illəl-azim. Məvlayə ya məvlayə, əntəl-gaviyyu və ənəz-zaif, və həl yərhamuz-zaIfə illəl-gaviyy. Məvlayə ya məvlayə, əntəl-ğaniyyu və ənəl-fagir, və həl yərhamul-fəgira illəl-ğaniyy. Məvla-yə ya məvlayə əntəl-muti və ənəs-sail, və həl yərhamus-sailə illəl-muti. Məvlayə ya məvlayə əntəl-hayyu və ənəl-məyyit, və həl yərhamul-məyyitə illəl-hayy. Məvlayə ya məvlayə əntəl-baqi və ənəl-fani və həl yərhamul-faniyə illəl-baqi . Məvlayə ya məvlayə əntəd-daimu və ənəz-zailu və həl yərhamuz-zailə illəd-daim. Məvlayə ya məv-layə əntər-razzagu və ənəl-mərzuq, və həl yərha-mul-mərzuqə illər-raziqu. Məvlayə ya məvlayə ən-təl-cəvadu və ənəl-bahil, və həl yərhamul-bahIlə il-ləl-cəvad. Məvlayə ya məvlayə əntəl-muafi və ə-nəl-mübtəla və həl yərhamul-mubtəla illəl-muafi, Məvlayə ya məvlayə əntəl kəbIru və ənəs-sağI-ru və həl yərhamus-sağIrə illəl-kəbir. Məvlayə ya məvlayə əntəl-hadi və ənəz-zall, və həl yərha-muzizallə illəl-hadi. Məvlayə ya məvlayə, əntər-rahmanu və ənəl-mərhum, və həl yərhamul-mər-humə illər-rahman. Məvlayə ya məvlay, əntəs-sul-tanu və ənəl-mumtəhən, və həl yərhamul-mum-tə-hənə illəs-sultan. Məvlayə ya məvlayə əntəd-dəlIlu və ənəl-mu-təhayyir, və həl yərhamul-mutəhayyirə illəd-dəlil. Məvlayə ya məvlayə, əntəl-ğafuru və ənəl-muznib və həl yərhamul-muznibə illəl-ğafur. Məvlayə ya məvlayə, əntəl-ğalibu və ənəl-mağlub, və həl yər-hamul-mağlubə illəl-ğalib. Məvlayə ya məvlayə, əntər-rabbu və ənəl- mərbub. və həl yərhamul-mərbubə illər-rabb. Məvlayə ya məvlayə, əntəl-kəbiru və ənəl-haşiu və həl yər-hamul haşia illəl mutəkəbbir. Məvlayə ya məvla-yə, irhamni bi-rahmətikə vərzə anni bi-cudikə və kəramikə və fazlikə ya zəl-cudi vəl-ihsan vət-tavli vəl-imtinan, bi-rahmətikə ya ərhamər-rahimin. Bağışlayan və mehriban Allahın adı ilə! İlahi, mən “yalnız sağlam qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlər) başqa, mal-dövlət və övladın heç kimə fayda vermədiyi gün» - Səndən aman diləyirəm! İlahi, mən «zalımların əllərini çeynəyərək «Kaş ki, Peyğəmbərə qoşulub doğru yol tutardım!» deyən gün»-Səndən aman diləyirəm! İlahi, mən «günahkarların simalarından tanınacağı, alınları və ayaqlarından tutulub yaxalanacağı gün» - Səndən aman diləyirəm! İlahi, mən «atanın oğluna, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi və Allahın vədinin (qiyamətin) hökmən olacağı gün» - Səndən aman diləyirəm! İlahi, mən «zalımlara üzrxahlıqları heç bir fayda verməyəcəyi, onların lənətləcəyi və axirət yurdunun pis əzabına düçar olacağı gün» -Səndən aman diləyirəm! İlahi, mən «heç kəs başqasının karına gələ bilməyəcəyi və hökmün ancaq Allaha məxsus olacağı gün» - Səndən aman diləyirəm! İlahi, mən «hər kəsin öz qardaşından, anasından, atasından, zövcəsindən və oğullarından qaçacağı və hərənin öz hayında olacağı gün» - Səndən aman diləyirəm! İlahi, mən «əzabın şiddətindən günahkar bəndənin öz oğullarını, zövcəsini və qardaşını, ona sığınacaq verən qohum əqrəbasını və yer üzündə olanların hamısını fəda etməyə razı olub, (Allahın əzabından) qurtulmaq istədiyi və xeyr (bunun mümkün olmadığı), artıq (Cəhənnəmin) alovlandığı, başların dərisini sıyırıb ayırdığı gün» - Səndən aman diləyirəm! Ey mənim mövlam və vəlim! Sənsən ağa, mən isə qul, bəs, qula ağadan başqa kim rəhm edər?! Ey mənim mövlam və vəlim! Sənsən sahib, mən isə nökər, bəs, nökərə sahibdən başqa kim rəhm edər?! Ey mənim mövlam və vəlim! Sənsən izzətli, mən isə zəlil, bəs, zəlilə izzətlidən başqa kim rəhm edər?! Ey mənim mövlam və vəlim! Sənsən xaliq, mən isə məxluq, bəs, məxluqa xaliqdən başqa kim rəhm edər?! Ey mənim mövlam və vəlim! Sənsən əzəmətli, mən isə aciz, bəs, acizə əzəmətlidən başqa kim rəhm edər?! Ey mənim mövlam və vəlim! Sənsən qüdrətli, mən isə zəif, bəs, zəifə qüdrətlidən başqa kim rəhm edər?! Ey mənim mövlam və vəlim! Sənsən varlı, mən isə yoxsul, bəs, yoxsula varlıdan başqa kim rəhm edər?! Ey mənim mövlam və vəlim! Sənsən əta edən (əliaçıq), mən isə əlaçan (dilənçi), bəs, əlaçana əta edəndən başqa kim rəhm edər?! Ey mənim mövlam və vəlim! Sənsən diri, mən isə ölü, bəs, ölüyə diridən başqa kim rəhm edər?! Ey mənim mövlam və vəlim! Sənsən əbədi, mən isə fani, bəs, faniyə əbədidən başqa kim rəhm edər?! Ey mənim mövlam və vəlim! Sənsən daimi, mən isə məhv olan, bəs, məhv olana daimidən başqa kim rəhm edər?! Ey mənim mövlam və vəlim! Sənsən ruzi verən, mən isə ruzi uman, bəs, ruzi umana ruzi verəndən başqa kim rəhm edər?! Ey mənim mövlam və vəlim! Sənsən səxavətli, mən isə əsirgəyən (simic), bəs, əsirgəyənə səxavətlidən başqa kim rəhm edər?! Ey mənim mövlam və vəlim! Sənsən dada yetən, mən isə dara düşən, bəs, dara düşənə dada yetəndən başqa kim rəhm edər?! Ey mənim mövlam və vəlim! Sənsən böyük, mən isə kiçik, bəs, kiçiyə böyükdən başqa kim rəhm edər?! Ey mənim mövlam və vəlim! Sənsən hidayət edən, mən isə yolunu azmış, bəs, yolunu azmışa hidayət edəndən başqa kim rəhm edər?! Ey mənim mövlam və vəlim! Sənsən mərhəmətli, mən isə sığınan, bəs, sığınana mərhəmətlidən başqa kim rəhm edər?! Ey mənim mövlam və vəlim! Sənsən soltan, mən isə bəlalarla imtahan olunan, bəs, bəlalarla imtahan olunana soltandan başqa kim rəhm edər?! Ey mənim mövlam və vəlim! Sənsən bələdçi, mən isə sərgərdan, bəs, sərgərdana bələdçidən başqa kim rəhm edər?! Ey mənim mövlam və vəlim! Sənsən bağışlayan, mən isə günahkar, bəs, günahkara bağışlayandan başqa kim rəhm edər?! Ey mənim mövlam və vəlim! Sənsən qalib, mən isə məğlub, bəs, məğluba qalibdən başqa kim rəhm edər?! Ey mənim mövlam və vəlim! Sənsən rəbb, mən isə bəndə, bəs, bəndəyə rəbbdən başqa kim rəhm edər?! Ey mənim mövlam və vəlim! Sənsən möhtəşəm, mən isə zəlil, bəs, zəlilə möhtəşəmdən başqa kim rəhm edər?! Ey mənim mövlam və vəlim! Rəhmətinlə mənə mərhəmət et, bəxşiş, kərəm və fəzlinlə mənə güzəştə get. Ey bəxşiş, ehsan, nemət və bərəkət sahibi, Sənə öz rəhmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi! Oxşar xəbərlər
|