‘Lə iləhə illəllah’ zikrinin təsir və bərəkətləri
Peyğəmbəri-Əkrəm (s) və Əhli-beytdən (ə) bir çox hədis və kəlamlar nəql olunub ki, hər birinin özünəməxsus yeri və qiyməti vardır.
Amma deyə bilərik ki, bütün bu hədis və kəlamlar içərisində biz insanlara bəxş edilən ən gözəl hədiyyə və ən dəyərli töhfə bütün səmavi və ilahi maarifin əsli və həqiqətini özündə cəmləşdirən “lə iləhə illəllah” zikridir. Biz burada bu zikrin bəzi təsir və bərəkətlərinə işarə etmək istəyirik ki, bu dəyərli töhfənin qədrini bilək: 1. Allahın ən möhkəm qalası: İmam Rza (ə) buyurur: Atam Musa mənə babam Cəfərdən, o da Muhəmməddən, o da Əlidən, o da Hüseyndən, o da Əli ibn Əbu Talibdən, o da Peyğəmbəri-Əkrəmdən (s), o da Cəbraildən, o da Allah-Taaladan belə nəql edib: لا إلهَ إلاَّ اللّه حِصني، فَمَن دَخَلَ حِصني أمِنَ مِن عَذابي “Lə ilahə illəllah mənim hasarımdır və hasarıma daxil olan kəs əzabımdan amanda qalar.” (“Üyunu əxbarir-Riza (ə)”, c.2, səh.135, hədis 4.) 2. Ən gözəl ibadət: İmam Sadiq (ə) Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir: “Ən gözəl ibadət “lə iləhə illəllah” zikridir.” (“Kafi”, c.2, səh.506.) 3. Ən üstün mükafat: Ravi deyir ki, İmam Baqirdən (ə) belə eşitdim: “Heç bir zikrin savabı “lə iləhə illəllah” zikrinin savaqbına çatmaz, heç bir zikr onun yerini tutmaz və heç bir zikr onunla bərabər ola bilməz.” (“Kafi”, c.2, səh.516.) 4. “Lə iləhə illəllah” zikrinin savabı – Behiştdə bir ev: Peyğəmbəri-Əkrəm (s) buyurur: ““Lə iləhə illəllah” deyən şəxsə Behiştdə qırmızı yaqutdan bir ağac əkilər və məhsulu da ağ müşk olar ki, baldan şirin, qardan ağdır və o, ən gözəl ətirdir.” (“Kafi”, c.2, səh.517.) 5. Allah dərgahında ən sevimli əməl: Ravi deyir ki, İmam Baqir (ə) və yaxud İmam Sadiqdən (ə) belə eşitdim: ““Lə iləhə illəllah” və “Allahu-əkbər” – zikrlərini çox deyin. Çünki Allah dərgahında “lə iləhə illəllah” və “Allahu-əkbər”dən sevimli zikr yoxdur.” (“Kafi”, c.2, səh.506.) 6. Behiştin qiyməti: Hədisdə var: ““Lə iləhə illəllah” və “Allahu-əkbər” – zikrləri Behiştin qiymətidir. Cabir ibn Abdullah Ənsaridən belə nəql olunur: جاءَ أعرابِيٌّ إلَى النَّبِيِّ(ص) فَقالَ: يا رَسولَ اللّهِ، هَل لِلجَنَّةِ مِن ثَمَنٍ؟ قالَ: نَعَم. قالَ: ما ثَمَنُها؟ قالَ: لا إلهَ إلاَّ اللّهُ، يَقولُهَا العَبدُ الصّالِحُ مُخلِصًا بِها. قالَ: وما إخلاصُها؟ قالَ: العَمَلُ بِما بُعِثتُ بِهِ في حَقِّهِ، وحُبُّ أهلِ بَيتي. Bir bədəvi ərəb Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gəlib dedi: “Ey Allahın Rəsulu! Behiştin qiyməti varmı?” Həzrət buyurdu: “Bəli!” O dedi: “Qiyməti nədir?” Həzrət buyurdu: “Saleh bəndə xalis niyyətlə “lə iləhə illəllah” desin!” O dedi: “Necə xalis niyyət etməlidir? ” Həzrət buyurdu: “Buyruqlarıma əməl etməli və Əhli-beytimi sevməlidir.” (“Dəaimul-İslam”, c.1, səh.73.) 7. “Lə iləhə illəllah” deyənlərə Cəbrail-Əminin müjdəsi: İmam Sadiq (ə) nəql edir ki, Cəbrail-Əmin Peyğəmbəri-Əkrəmə (s) buyurdu: “Xoş olsun sənin ardıcıllarından “lə iləhə illəllah, vəhdəhu, vəhdəhu, vəhdəhu” deyənlərin halına!“ (“Kafi”, c.2, səh.517.) 8. Günahların kəffarəsi: Ravi deyir ki, İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim: “Hər kim gündə gün çıxmamış və gün batmamışdan qabaq on dəfə: لا إِلهَ إِلَّا اللَّهُ وَحْدَهُ لا شَرِیکَ لَهُ لَهُ الْمُلْکُ وَ لَهُ الْحَمْدُ یُحْیِی وَ یُمِیتُ وَ یُمِیتُ وَ یُحْیِی وَ هُوَ حَیٌّ لَا یَمُوتُ بِیَدِهِ الْخَیْرُ وَ هُوَ عَلى کُلِّ شَیْءٍ قَدِیرٌ (Lə iləhə illəllah, vəhdəhu lə şərikə ləh, ləhul-mulku və ləhul-həmd, yuhyi və yumitu və yumitu və yuhyi və huvə həyyun lə yəmutu, biyədihil-xəyr və huvə ələ kulli şəy`in qədir) – deyərsə, həmin günün günahlarının kəffarəsi hesablanar.” (“Kafi”, c.2, səh.518.) Maide.az Oxşar xəbərlər
|