Ürəyin istəyən insanla ailə qurmaq üçün oxunan dua
Evlənən zaman dua və münacat etmək – müstəhəb əməllərdəndir. Məsumlarımızın (ə) da bu sahə ilə bağlı bəzi tövsiyələri vardır.
Onlar buyurur ki, əgər insan pak qəlblə və ixlasla Allah dərgahından bir şey istəyərsə şübhəsiz ki, Allah o şeyi ona verər. İmam Əli (ə) buyurur ki, hər kimin evlənmək fikri olar, iki rükət namaz qılsın və hər rükətdə “Həmd”dən sonra “Yasin” surəsini oxusun. Namazı bitirəndən sonra Allaha həmd etsin. Namazdan sonra bu iki duanı çoxlu oxusun. «اللهم اغننى بحلالك عن حرامك و بطاعتك عن معصيتك رب انى لما انزلت الى من خير فقيررب انى لما انزلت الى من خير فقير Qurani-Kərim buyurur ki, Həzrət Musa (ə) ac və tənha olan zaman bu duanı oxuyur və Allahın lütfü ilə, Həzrət Şuəybin (ə) qızlarından biri ilə ailə qurur. İmam Sadiq (ə) Əbu Bəsirə buyurur: “Nə zaman evlənmək istəsən, əvvəl iki rükət namaz qıl və sonra Allaha həmd et. Sonra bu duanı oxu: اللهم انى اريد ان تزوج، اللهم فاقدر لى من النساء اعفهن فرجا، و احفظهن لى فى نفسها و فى مالى، و اوسعهن رزقا و اعظمهن بركه، و اقدر لى منها ولدا طيبا تجعله خلفا صالحا فى حيوتى و بعد موتى İmam Zaman ağanın (ə.f) namazını qılıb, ona dua etmək də qəbul olan əməllərdəndir. /Deyerler.org/ Oxşar xəbərlər
|