İmam Rzanın (ə) dualarından nümunələr
Mьəllif: admin1
Tarix: 11-06-2022, 09:09
İmam Rzanın (ə) dualarından nümunələr
Dua, Allahla raz-niyaz və münacat İmam Rizanın (ə) ruhani və mənəvi həyatının mühüm hissəsini təşkil edirdi. O Həzrət dua və raz-niyaza xüsusi yer ayırır, onu peyğəmbərlərin silahı adlandırır, yaxınları və səhabələrinə də dua və raz-niyazla ünsiyyətdə olmağı daim tövsiyə edirdi:

عَلَيْكُمْ بِسِلَاحِ الْأَنْبِيَاءِ، فَقِيلَ: وَ مَا سِلَاحُ الْأَنْبِيَاءِ، قَالَ: الدُّعَاءُ

“Sizә pеyğәmbәrlәrin silаhını tövsiyә еdirәm.” Sоruşdulаr: “Pеyğәmbәrlәrin silаhı nәdir?” Buyurdu: “Duа!” (“Üsuli-kаfi”, c.2, sәh.468.)

Biz burada İmam Rzanın (ə) dualarından üçünə işarə etməklə kifayətlənirik:

Birinci dua:

يا مَنْ دَلَّني عَلى نَفْسِهِ، وَ ذَلَّلَ قَلْبي بِتَصْدِقِهِ، أَسْأَلُكَ الْأَمنَ وَ الْإيمانَ فى الدُّنْيا وَ الْآخِرَةِ

“Ey məni özünə “dəlil” edən! Qəlbimi təsdiqi ilə ram edən! Dünya və axirətdə Səndən əmin-amanlıq və iman diləyirəm.” (“Üsuli-kafi”, c.2, səh.579.)

İkinci dua:

اللّهم اَعطِني الهُدي و ثَبِّتني عَلَيهِ وَ احشُرني عَلَيه آمناً اَمنُ مِن لا خَوفَ عليه و لا حُزنَ و لا جَزَعَ انَّکَ اَهلُ التَّقوي وَ اَهلُ المَغفِره

“Ey mənim Allahım! Məni doğru yola yönəlt, məni bu yolda möhkəm saxla. Məni bu yolda heç bir qorxusu, hüznü və pərişanlığı olmayan şəxs kimi məhşərə (Qiyamətə) gətir. Həqiqətən, Sən təqva və məğfirət sahibisən.” (“Əyanuş-şiə”, c.4, səh.197, II hissə.)

Üçüncü dua: Bu dua İmam Rizanın (ə) qunutda oxuduğu duadır:

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّد، اللَّهُمَّ اهْدِنا فِيمَنْ هَدَيْتَ، وَعَافِنا فِيمَنْ عَافَيْتَ، وَتَوَلَّنا فِيمَنْ تَوَلَّيْتَ، وَبَارِكْ لِي فِيمَا أَعْطَيْتَ، وَقِنا شَرَّمَا قْضَيْتَ فإنَّك تَقْضِي ولا يُقْضَى عَلَيْكَ، إِنَّهُ لا يَذِلُّ مَنْ وَالَيْتَ، وَلا يَعِزُّ مَنْ عادَيْتَ، تَبَارَكْتَ وَتَعَالَيْتَ

“İlahi! Muhəmməd və onun Əhli-beytinə salavat göndər. İlahi! Bizi hidayət etdiyin şəxslərin sırasına qat. Bizə afiyət və sağlamlıq əta et. Bizi sevdiyin şəxslərdən qərar ver. Verdiyin nemətlərlə bizə bərəkət ver. Bizi hökm etdiyin hadisənin şərindən qoru.

Həqiqətən, Sən hökm edənsən, hökm olunan yox (hakimsən, məhkum deyilsən). Səni sevən xar olmaz. Səninlə düşmənçilik edən izzətə çatmaz. Sən bərəkətlisən, ucasan.” (“Əxlaqun-Nəbiyy (s) və Əhli-bəytihi (ə)”, Baiq Şərif Qurəşi, səh.247.)


Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031