Gündəlik vacib namazlardan sonra edilən güclü zikrlər
Mьəllif: admin1
Tarix: 19-10-2024, 11:57
Gündəlik vacib namazlardan sonra edilən güclü zikrlər
Sübh namazından sonra edilən zikrlər.

1. İmam Rza (ə) buyurur: “Sübh namazından sonra 100 dəfə deyin:

بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحيمِ، لا حَوْلَ وَلا قُوَّةَ إِلّا

بِاللَّهِ الْعَلِيّ‏ الْعَظيمِ.

"Bismılləhir- Rahmənir-Rahim. Lə həulə və lə quvvətə illə billəhil-aliyyil-azim".

2. İmam Rza (ə) buyurur: “Hər kim hər gün sübh namazından sonra “Ya Əziz!” adını 41 dəfə imanla, xalis niyyətlə, Allaha diqqət edərək və onun (zikrin) mənasına diqqət edərək deyərsə, xəlqə möhtac olmaz. İnsanlar arasında əziz və kərəm sahibi olar”.

3. 100 dəfə salavat demək: “Əllahummə salli əla Muhəmmədin (s) və Ali-Muhəmməd (ə)”.

4. Hacətin həyata keçməsi üçün və sübh namazından sonra hüzur əldə etmək üçün “Ya Hadiyəl Muzillin” zikrini 70 dəfə deyin. Hər gün “Ya Huvə” zikrini 1000 dəfə deyin.

5. Hər gün sübh namazından sonra əlinizi sinənizə qoyaraq, 70 dəfə ”Ya Fəttah!” deyin.

6. Hər gün sübh namazından sonra hafizəni gücləndirmək üçün bu zikri deyin:

یَا حَیُّ یَا قَیُّوْمُ، فَلا یَفُوتُ شَیْئاً عِلْمُهُ وَلَا

یَؤُدُهُ قوَّةُ »


7. Günahların bağışlanılması üçün hər gün sübh namazından sonra “Əl-əfv” zikrini 41 dəfə, “Əl-Əziz” zikrini 41 dəfə deyin. Hər namazdan sonra “Rəhmanu Rəhim” zikrini 298 dəfə deyin.

Zöhr namazından sonrakı zikrlər.

1. Hər kim zöhr namazından sonra 100 dəfə “Ər-Rafi” zikrini deyərsə, Allah onun dərəcəsini ucaldar.

Əsr namazından sonrakı zikrlər.

1. Həzrət Zəhra (s.ə) əsr namazından sonra belə dua edərdi:

«اللّهُمَّ انْزِع الْعُجْبَ وَالرِّياءَ وَالْكِبْرَ وَالْبَغْى
وَالْحَسَدَ وَالضَّعْفَ وَالشَّكَّ وَالْوَهْنَ وَالضُّرَّ وَالْاسْقامَ
وَالْخِذْلانَ وَالْمَكْرَ وَالْخَديعَةَ وَالْبَلِيَّةَ وَالْفَسادَ
مِنْ سَمْعى وَبَصَرى وَجَميعِ جَوارِحى وَخُذْ بِناصِيَتى الى ما تُحِبُ
وَتَرْضى یا ارحم الرّاحمین…


2. Əsr namazından sonra 40 dəfə deyin: “Ya Rəhmanu dunya vəl-axirah”.

Məğrib namazından sonrakı zikrlər.

1. İmam Əli (ə) buyurur: “Hər kim sübh və məğrib namazlarından sonra 7 dəfə bu zikri deyərsə, Allah 70 növ bəlanı ondan dəf edər:

بِسْمِ

اللَّهِ الرَّحْمنِ الرَّحيمِ، وَلا حَوْلَ وَلا قُوَّةَ إِلّا بِاللَّهِ
الْعَلِيّ ‏الْعَظيمِ.

"Bismılləhir- Rahmənir-Rahim. Və lə həulə və lə quvvətə illə billəhil-aliyyil-azim".

2. İmam Kazım (ə) buyurur: “Hər kim sübh və məğrib namazlarından sonra qalxmazdan və ya kiminləsə söhbət etməzdən əvvəl bu ayəni oxuyarsa:

"إِنَّ اللهَ وَ مَلائِکَتَهُ یُصَلُّونَ

və ardınca deyərsə:

"اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ
ذُرِّیَّتِه‏"


Allah onun 100 hacətini yerinə yetirər: 70 hacətini – dünyada və 30 hacətini – axirətdə”.

İşa namazından sonrakı zikrlər.

1. Ağır hacətlərin yerinə yetməsi üçün cümə gecəsində işa namazından sonra bu zikri 1201 dəfə demək lazımdır:

«یا الله، یا رباه، یا سیداه

Hər kim bu zikri çoxlu deyərsə, Allah onu, övladı üçün qoruyar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930