Bu zikr insana cəhənnəmin 19 gözətşçisindən nicat verər
Həzrət Peyğəmbər (s) “Bismilləhir-Rahmənir-Rahim” zikrinin fəzilətləri barəsində buyurmuşdur: “Hər kim cəhənnəmin 19 gözətşçisindən nicat tapmaq istəyirsə, “Bismilləhir-Rahmənir-Rahim”i oxusun.
Çünki bu zikrdə 19 hərf vardır ki, Allah onun hər bir hərfini cəhənnəmin gözətçilərindən biri qarşısında qalxan qərar vermişdir”. Yəni, 19 hərfin hər biri cəhənnəm gözətçisi qarşısında qalxan olar. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “O zaman ki, müəllim şagirdinə “Bismilləhir-Rahmənir-Rahim” zikrini öyrədər, şagirdi də onu deyərsə – Allah o şagirdi, ata və anasını, müəllimini cəhənnəm atəşindən xilas edər”. “Hər kim “Bismilləhir-Rahmənir-Rahim” zikrini oxuyar, Allah hər hərfin qarşısında onun üçün 4 min həsənə yazar, 4 min günahını pak edər, dərəcəsini 4 min dəfə artırar”. “O zaman ki, insan yatan zaman bu zikri deyərsə, Allah mələklərə deyər ki, səhərə qədər onun üçün həsənə yazsınlar”. “Hər bir dəyərli iş ki, orada “Bismillah” deyilməz – naqis və əbtərdir”. /Deyerler.org/ Oxşar xəbərlər
|