Müstəhəb əməllər arasında bu əməllərdən daha təsirlisini görmədim…
Mьəllif: Admin
Tarix: 19-06-2021, 12:11
Müstəhəb əməllər arasında bu əməllərdən daha təsirlisini görmədim…
Əllamə Tehrani yazır: “Mərhum Hacı Mirzə Cavad Təbrizi böyük alim və Hacı Şeyx Hənəsəli Həmədaninin müəllimi olmuşdur.

Şeyx kitablarının birində yazır: “Mən müəllimimdən soruşdum: “Sizin təcrübə etdiyiniz hansı əməl qəlbə daha çox təsir etmişdir?”.

Buyurdu: “Hər gün yerinə yetirdiyim uzun səcdələr ki, orada “Yunusiyyə” zikrini deyirsən. Bir saat və ya bir saat yarım uzadırsan. Bu zaman öz nəfsinin təbiət aləmində necə həbs olduğunu görərsən.

Allaha xitab edərək deyərsən ki, Sənin mənə göndərdiyin bəlaya mən öz əməlimlə düçar olmuşam. Mən özümə zülm etmişəm. Onu belə bir bəlaya salmışam”.

Bir yol da budur ki, cümə gecəsi və cümə gününün əsrində “Qədr” surəsini 100 dəfə oxuyasan”.

Alim deyir ki, mən müstəhəb əməllər arasında bu əməllərdən daha təsirlisini görmədim. “Cümə günü hər kim “Qədr” surəsini yüz dəfə oxuyarsa, ona Allah tərəfindən yüz rəhmət nazil olar”.

"Yunisiyyə" zikri:

لَّا إِلَهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنِّي كُنتُ مِنَالظَّالِمِينَ

("Lə iləhə illə ənt subhənəkə inni kuntu minəz-zalimin").

"Qədr" surəsi:

بسم الله الرحمن الرحیم
إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ ﴿١﴾ وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ ﴿٢﴾ لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ ﴿٣﴾ تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ ﴿٤﴾ سَلَامٌ هِيَ حَتَّى مَطْلَعِ الْفَجْرِ ﴿٥﴾



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031