Əlacı olmayan xəstəlik üçün oxunan dua
Seyyid ibni Tavus (rəhmətullah əleyh) "Muhcud-dəvat kitabında Səid ibni Əbulfəthdən nəql etmişdir ki, o, belə deyib:
"Mən ağır bir xəstəliyə tutulmuş və həkimlər məni müalicə etməkdən aciz qalmışdılar. Bu duanı oxumaqla şəfa tapdım." İmam Cəfər Sadiqdən (ə) nəql olunmuşdur ki, Həzrət Peyğəmbər (s) buyurub: Xəstə olan hər şəxs sübh namazından sonra 40 dəfə (bu sözü) deyərək əlini xəstə olan yerə sürtərsə, o xəstəlikdən şəfa tapar: "Bismillahir-rəhmanir-rəhim. Əlhəmdu lillahi Rəbbil-aləmin. Həsbunəllahu və niməl-vəkil. Təbarəkəllahu əhsənul-xaliqin. Və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim." Bu duanı xəstə üçün oxuduqda İnşAllah şəfa tapar "Zubhədətul-dəvat" kitabında rəvayət olunmuşdur ki, Həzrət Peyğəmbər (s), Fatimeyi Zəhra (s.ə)-nın evinə gəib, İmam Həsən (ə) xəstə halında gördükdə narahat oldu. Cəbrail (ə) nazil olaraq dedi: Ya Muhəmməd! Övladının xəstəikdən qurtarması üçün sənə bir dua öyrədimmi? Desin: "Əllahummə la ilahə illa əntəl-əliyyul-əzim. Zus-sultanil-qədim. Vəl-mənnil-əzim. Vəl-vəchil-kərim. La ilahə illa əntəl-əliyyul-əzim. Vəliyyul-kəlimatit-tammat. Vəd-dəəvatil-mustəcabat. Xəlli ma əsbəhə (bi filan.)" Daha sonra Həzrət Peyğəmər (s) bu duanı oxuyub əlini İmam Həsənin (ə) alnına sürtdü və beləliklədə o Həzrət şəfa tapdı. Xəstənin şəfa tapması üçün İmam Məhəmməd Təqiə (ə) aid əməl Hər bir xəstənin şəfa tapması üçün iki rukət İmam Cəvad (ə)-a təvəssül və hacət namazı qılıb 146 dəfə "Maşaəllahu la həvlə və la qyvvətə illa billah" sözünü desin. Bu əməlin o Həzrətə aid olan saatda həyata keçməsi daha faydalıdır. O həzrətə aid olan zaman isə əsr namazından iki saat sonraya qədər müəyyənləşdirilmişdir ki, o vaxtda hacət qəbul olur. Xəstələndikdə oxunan dua "Cəvahirul-Quran" kitabında yazılmışdır ki, xəstə olan şəxs bu duanı xəstəliyi halında qırx dəfə oxusun: "La ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin." Belə bir şəxs o xəstəliyi ilə ölərsə şəhid savabına nail olar, sağaldıqda isə günahları bağışlanar. Xəstəlik zamanında oxunan ayrı bir dua Huseyn ibni Nəsim İmam Rza (ə)-dan nəql etmişdir ki, o Həzrətin övladarından biri xəstələndikdə ona buyurdu: (Oğlum)! De: "Əllahumməşfini bişifaikə və və davəni bidəvaikə və afəni min bəlaikə fəinni əbdukə vəbnu əbdik." Xəstə yanına getdikdə oxunan dua "Zubdətul-dəəvat" kitabında yazılmışdır ki, xəstə yanına getdikdə (bu duanı) yeddi dəfə oxuyun. Belə ki, onun əcəli çatmadıqda tezliklə şəfa tapacaqdır: "Əsəlullahəl əzim. Rəbbəl ərşil əzim. Ən yəşfik." Bu dua dəfələrlə təcrübə olunmuşdur. Xəstənin şəfa tapması üçün dua "Bismillahir-rəhmanir-rəhim. Ya munəzziləş-şifa və yəzhəbud-da. Səlli əla Muhəmmədin və alih. Və ənzil əla vəchiş-şifa." Bu duanı həmişə oxusun. Xəstəlidən şəfa tapmaq üçün ayrı bir dua Xəstələnmiş şəxs ardıcıl olaraq bu sözü desin: "Ya Huvə. Ya mən ləysə illa huvə. Səlli əla Muhəmmədin və alih. Xəstənin ağrı və narahatçılığı zaman oxunan dua Hər kəs xəstənin ağrı və narahatçılıq çəkdiyi zaman əlini onun gicgahına qoyub: "Və nunəzzilu minəl-Qurani ma huvə şifaun və rəhmətun lil-muminin. Və la yəziduz-zaliminə illa xəsara." cümlələrini oxuyarsa, Allah təala o xəstəyə şəfa verər. (ixlas.az) Oxşar xəbərlər
|