Peyğəmbərin (s) cənnəti
Mьəllif: admin1
Tarix: 16-04-2014, 16:53
Peyğəmbərin (s) cənnəti


O gecə kainat təşviş içində idi. Əlinin (ə) evində, ömrünün hər bir anı Peyğəmbərin (s) rahatlığı olan bir şəxs ölüm yatağında idi.
Elə bir şəxs ki, Peyğəmbər (s) hər vaxr cənnətin iyini duymaq istəsəydi onu iyləyərdi. Çünki o "atasının anası" - Peyğəmbərin (s) hər şeyi idi.

Müharibəyə gedəndə vidalaşdığı sonuncu şəxs o olardı. Qayıdan zaman əzəb-əziyyətlərdən yorğun, yaralı və kədərli halda ilk olaraq onun sorağına gedərdi. Ona görə ki, onun üçün Fatimənin (ə.s) salamı aramlıq zümüməsi olardı.
Əlinin (ə) evində elə bir çıraq söndü ki, Peyğəmbər (s) Məkkənin hər bir küçəsində cahiliyyət dövrünün ağırlığını çiynində çəkir, onun əllərini öpür və diri-diri torpağa basdırılmış qızların sədasını onun qularlarına zümzümə edirdi.
Ey qadınlar aləminin Seyidəsi! Sən torpağa basdırılmış qadını oradan çıxardacaq və cahiliyyətdən xilas edəcəksən!
O gecə, Quranın məzhəri Əlinin (ə) evində "Kövsər", "iman", "Peyğəmbərin (s) canının bir parçası" yaralanmış sinəsi ilə "Ya Məhəmməd" fəryadını əshabın qulağına çatırırdı –
-Fatimə mənim canımın bir parçasıdır!
-Gözümün nurudur!
-Hər kəs onu incitsə məni incidib, hər kəs onu qəzəbləndirsə məni qəzəbləndirib!
-Onun sevinci mənim sevincim, kədəri mənim kədəridir!
Oxşar xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930