Gürcüstanda İmam Əlinin (ə) mövludunda müqəddəs Nəcəf və Kərbəla bayraqları təqdim olunub
Mьəllif: admin1
Tarix: 16-04-2014, 17:06
Əmirəlimömin İmam Əlinin (ə) mübarək təvəllüdü münasibətilə Gürcüstanın Marneuli şəhərində Əhli-Beyt (ə) cəmiyyəti tərəfindən bayram mərasimi təşkil olunub. Quran tilavəti ilə başlayan mərasimdə öncə Əhli-Beyt (ə) jurnalının redaktor muavini Məşədi Elçin Daşdanov İmam Əlinin (ə) həyatı haqqında məruzə ilə çıxış edib. Sonra Bakıdan dəvət olunmuş Əhli-Beyt (ə) məddahları Hacı Elşən Xəzər və Hacı Rəşad İmam Əliyə (ə) həsr edilmiş şeirlərini oxuyublar.

Daha sonra Əl-Mustafa (s) univerisitetinin Gürcüstan nümayəndəliyinin rəhbəri Məhəmməd Rza Kələnifərbayi mərasim iştirakçılarını təbrik edərək ümmətin problemlərindən danışaraq İmam Cəfər Sadiqin (ə) hədisindən yola çıxaraq müsəlmanların vəhdətinə işarə edib və vəhdətin zəruriliyini vurğulayıb, həmçinin İmam Əlinin (ə) fəzilətlərindən danışmışdır.

Mərasimin sonunda müqəddəs Nəcəf və Kərbəla ziyarəti zamanı mübarək hərəmlərin rəhbərliyi tərəfindən Əhli-Beyt (ə) Cəmiyyyətinə hədiyyə olunmuş İmam Əlinin (ə) Nəcəfdəki hərəminin Günbəzi üzərindəki və Həzrəti Əbəlfəzl Abbas () hərəminin bayraqlarının möhtəşəm təqdimatı oldu. Xalq mübarək bayraqları coşqu və sevinclə qarşıladı. Mərasim mübarək bayraqların təbərrük və ziyarəti ilə başa çatıb.

Bayram mərasimində Tiflisdən, Bolnisdən, Qardabanidən, Dumanisidən gəlmiş alimlər, seyyidlər, dindarlar və yüzlərlə müsəlmanlar iştirak ediblər.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031