Bu gün mübarək Ramazan ayının 21-i, İmam Əlinin (ə) şəhadət günüdür
Hicri 40-cı il Ramazan ayının 19-da, Kufə məscidində sübh namazını qıldığı zaman Əmirəlmö’minin Həzrət Əli (ə) sui-qəsdə mə’ruz qalmış, Ramazan ayının 21-də Mütəal Allahın yolunda həyatını qurban verərək, şəhadətə yetişmişdir. Həzrət Fatimeyi-Zəhradan (s) nəql edirlər: «Əli - rəbbani və ilahi bir İmamdır və nuraniyyət abidəsidir. Bütün allahpərəstlərin, ariflərin qütbüdür, paklar sülaləsinin övladıdır; həqiqəti söyləyəndir, İmamətin əsası və mərkəzidir, Peyğəmbərin 2 gül dəstəsi və cənnət cavanlarının sərvərləri - Həsən və Hüseynin atasıdır». Həzrət Rəsulullahdan (s) nəql edirlər: «Gördüm ki, behiştin qapısına yazılmışdır: “Allahdan başqa mə’bud yoxdur, Mühəmməd(s) Onun elçisidir, Əli (ə) - onun (Peyğəmbərin) qardaşıdır”». Həzrət Əli (ə) belə münacat edirmiş: «İlahi! Mən aqibətimin, sonumun qorxusundan deyil və ya mükafatına qarşı rəğbətdən deyil, həqiqətdə mən yalnız Səni ibadət üçün layiq tapdığım üçün Sənə ibadət etdim». Başda imam Zaman (ə.f) olmaqla bütün dünya müsəlmanlarına başsağlığı veririk. Oxşar xəbərlər
|