Ayətullah Safi Gülpayqani "Məhdəvi əsri"ndən danışdı
Mьəllif: admin1
Tarix: 16-04-2014, 17:37
Ayətullah Safi Gülpayqani "Məhdəvi əsri"ndən danışdı


"Bu gün hər birimiz Məhdəvi hökumətinin xüsusiyyətlərini dünyaya çatdırmaqda məsuliyyət daşıyırıq"

İslamazeri-nin "Shafaqna"-ya istinadən mərcei təqlid alimlərindən Ayətullah Lütfüllah Safi Gülpayqani Həzrəti Məhdi (ə) dövrünün başlanğıc tarixinin ildönümü münasibətiylə bir mesaj yayımlayıb.

Bu mesajı təqdim edirik:

"Rəhman və Rəhm Olan Allahın Adıyla

Uca Allah belə buyurmuşdur: Onlara Allahın günlərini xatırlat.

Rəbbiyəl-əvvəl ayının doqquzuncu günü Allahın böyük və müqəddəs günlərindəndir. Bu mübarək gündə Allahın uca vəlisi, əsrin imamı və yer üzündə Allahın buraxdığı son höccəti, bütün peyğəmbərlərin vəd etdiyi son qəyyum olan mövlamız, gözlənilən imamımız Həzrəti Höccət ibnil Həsən Məhdinin (aləmlər ona fəda olsun) imamət dövrü rəsmi olaraq başlayıb. Bunu söyləmək lazımdır ki, bu gün, Hicri tarixinin Məhdəvi bir əsri başlamışdır.

Bu gün ilə birlikdə dünyanın önündəki əsrin qapısı açılmışdır. Bəşəriyyət üçün tarix boyunca məhkumluğu olmayan bir dövr başlamışdır. Bu əsrin xüsusiyyətləri heç bir peyğəmbər və peyğəmbər qəyyumu dövründə görünməmişdir. Bu əsrdə yer üzü ədalət və həqqaniyyətlə dolacaq, hər tərəfə sabitlik və hüzur hakim olacaq. Milyardlarla insan dünyanın hansı küncündə olursa olsun tək bir hökumətin bayrağı altında yaşayacaq. Onlar üzərində bir qanun hakim olacaq. İnsanlar, yerin və göylərin bərəkətlərinə qərq olacaqlar. Bu səbəbdən bu əsr, nümunəvi bir əsrdir.

Mehdəvi əsri, bütün zəifliklərin və pozuntuların ortadan qalxması; yəni bütün insanların bir bədənin üzvləri kimi vəhdət və həmrəylik içində yaşayacaqları, bir-birlərinə birləşəcəkləri bir əsrdir! Bunun əsasları ağamız, mövlamız Rəsulu Əkrəm (s.ə.ə.v) tərəfindən atılmışdır. Rəsulullahın (s) təməlini atdığı insani dəyərlərin hədəfinə çatacağı və tam mənasıyla konkretləşərək həyata hakim olacağı dövrün adıdır "Məhdəvi əsr"! Bu əsrdə hər kəs vəzifəsini layiqiylə tanıyıb ona görə davranacaq.

Əslində bütün insani cəmiyyətlərin idealı belə bir cəmiyyətdir. Bu "sünnətullah"dır və onda ziddiyət olması düşünülə bilməz. Bu səbəbdən kim Məhdəvi bir cəmiyyətin meydana gəlməsinə qarşı gələrsə məğlubiyyətə uğrayacaq və təcrid ediləcəkdir.

Burada bu nöqtəyə toxunmadan keçə bilməyəcəyəm. Əgər mövcud cəmiyyətlər səadət, hüzur, qüdrət, qüvvət, izzət və ədalət içində yaşamaq istəyirlərsə Məhdəvi cəmiyyətin əsas prinsiplərini həyata keçirməli, bu prinsipləri ictimai, siyasi və iqtisadi həyatlarının əsas meyarına çevirməlidirlər. Özlərini bu əsas ölçülərə görə dəyərləndirməlidirlər.

Əsas meyarları göz önünə alaraq kiçik bir kənddən ən böyük bir əyalətə kimi irili xırdalı bütün cəmiyyətləri qiymətləndirə bilərik. Əgər bir cəmiyyətdə birlik, qardaşlıq, fədakarlıq, isar, əmanət, yaxşılara dəyər vermək və pisləri qınamaq kimi ədalətə söykənən davranışlar görülürsə bu cəmiyyətə Məhdəvi cəmiyyət deyilə bilər.

Bu gün hər birimiz Məhdəvi hökumətinin xüsusiyyətlərini dünyaya çatdırmaqda məsuliyyət daşıyırıq. Xüsusilə cinayətlərdən və qan axıtmaqdan yorulmuş, ədalət və insanlığa susamış olan bu günün dünyasına sevgi və məhəbbəti, fədakarlıq və isarı, əmanət və iffəti yaymaqda məsuliyyət daşıyırıq. Bir sözlə ədalət və həqqaniyəti həyata hakim edəcək Məhdəvi hökumətini gözəl şəkildə izah etməyimiz lazımdır.

"Onlar onu uzaq görərlər amma biz yaxın görürük."

Allahım!

Bizi o həzrətin köməkçi və yardımçılarından qərar ver!"
islamazeri.az
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930