Bu gün Xanım Zəhranın (s.ə) şəhadət günüdür
Fatimeyi-Zəhra (ə) namus və paklığın parlaq ulduzu nurlu ailədə, vəhy evində, səma mələklərinin endiyi yerdə dünyaya göz açdı Adı: Fatimə (s.ə). Ləqəbi: Zəhra. Künyələri: Ümmül-əimmətil-əthar, Ümmül-Həsən, Ümmül-Hüseyn, Ümmül-möminin, Ümmül-fəzail, Səyyidətü-nisail-aləmin, Xəyrün-nisa, Bətul, Ümmül-xiyərə, Ümmün-nücəba, Ümmül-əzhar. Atası: Muhəmməd Rəsulullah (s). Anası: Xədiceyi-Kübra Ümmül-möminin (s.ə). Anadan olduğu gün: 20 Cəmadiüs-sani. Doğulduğu yer: Məkkeyi-Mükərrəmə. Doğulduğu il: Besətin beşinci ili (Hicrətdən səkkiz il əvvəl). Şəhid olduğu gün: 3 Cəmadiüs-sani. Şəhid olduğu il: 11-ci hicri ili. Ömrü:18 il. Şəhadətinin səbəbi: Əziz atasının vəfatından sonra başına gətirilən müsibətlər. Dəfn olunduğu yer: Mədinə. Övladlarının sayı: 4 - (4 aylıq siqt olunan Möhsündən başqa) 2 oğlan və 2 qız. Oğlanları: 1. Həsən (ə). 2. Hüseyn (ə). Qızları: 1. Zeynəbi-Kübra. 2. Zeynəbi-Suğra (Ümmü Gülsüm) Həzrəti Zəhranın (s.ə) şəxsiyyəti haqqında çox şəxsiyyətlər fikirlər söyləmiş, lakin yenə də əzəməti bir ölçüyə sığmayan bu qadının böyüklüyünü təyin etməkdə aciz qalmışdır. Fatimeyi-Zəhra (ə) namus və paklığın parlaq ulduzu nurlu ailədə, vəhy evində, səma mələklərinin endiyi yerdə dünyaya göz açdı və İslam dünyasına, mənəviyyat və ruhanilik üfüqünə öz səadətli təvəllüdü və mübarək varlığı ilə başqa bir nur, işıq bəxş etdi. O, elə bir evdə dünyaya göz açdı ki, insanlıq dünyası uzun zamanlardan bəri intizar gözünü ona dikmişdi. Fatimeyi-Zəhra (s.ə) uşaqlıq dövrünü bu evdə keçirdi. Bu evdə tərbiyə beşiyində İslam Peyğəmbərinin (s) bəşəriyyətin yeganə müəlliminin birbaşa rəhbərliyi altında böyüdü. Fatimeyi-Zəhra(sə) başqaları ilə görüşməyə onlarıın dərd qəmini və müxtəlif məsələlərini həll etməyə həmişə vaxt tapırdı. O, şəriətə və dinə aid suallara cavab vermək üçün əsla vaxtını əsirgəməzdi. Əksinə, bu işləri də özünün başlıca vəzifələrindən sayır və həmin məsələlərə böyük məsuliyyətlə yanaşırdı. Fatimə (s.ə.) cəmiyyətdə fəal ictimai xadim idi. O, yorulmaq bilməyən mübariz bir qəhrəman inqilabçıdır. O, siyasi xadim kimi mənfəətpərəst siyasətbazların, İslama qarşı çıxanların qarşısında gur səsini ucaldaraq vilayət və Əhlibeytin əlindən alınmış hüquqların müdafiəsinə qalxır, bu yolda çox şücaətlə addımlayır, hətta canından keçirdi. Fatimə (s.ə) ən nümunəvi evdar xanım, həyat yoldaşı, ana idi. Evin rahalığı üçün bütün işləri özü ğörür, uşaqlarına çox məhəbbətlə yanaşır, əxlaqi, mənəvi tərbiyələrinə xüsusi diqqət yetirirdi. Peyğəmbər (s) nəslinin davamı onun vasitəsi ilə gerçəkləşmiş, Fatimədən (s.ə) on bir imam doğulmuş, onların bərəkəti şərqi və qərbi bürümüşdü. Onlar dinin sütunu olmuş, dinin davamı və varlığı, onların vücudunun bərəkəti ilə sərtlənmişdi. Bütün fəzilətlər ƏhliBeyt və ilahi vəhydəndir. İmam Sadiq (ə) buyurmuşdur: “Harada fəzilətdən bir söz olsa, biz Əhlibeytdəndir. Bir halda ki, bütün bu fəzilətlərin anası, kökü Fatimədir (s.ə), nə üçün kövsər sayılmasın?!.Nə üçün belə bəhrəli budaqları olan pak bir ağac kövsər sayılmasın ?!. Buna görə də Məhəmməd (s) kövsərinin bariz nümunəsi Fatimədir! Qeyd edək ki, tarixdə şəhadətlə bağlı iki rəvayət mövcuddur. Çox təssüflər ki, Allah-Təalanın Qurani-Kərimdə fəzilətini bəyan etməsi və Allah Rəsulunun (s) dəfələrlə Fatimənin (s.ə) məqamını müsəlmanlara çatdırması Peyğəmbərdən (s) sonra Fatiməyə (s.ə) olunan müsibət və əziyyətlərin qarşısını almağa mane olmur. Həzrət Məhəmmədin (s) qızı haqqında bütün tövsiyələrinə baxmayaraq, Peyğəmbərin (s) vəfatından dərhal sonra hakimiyyyət başına gələnlər öz hakimiyyətlərini qorumaq üçün Mədinədə bu pak və kamil Xanımı incitməkdən və şəhadətə yetirməkdən çəkinmədilər. O, atasından sonra çox həyat sürə bilmədi. Əksər tarixçilərin nəzərinə görə, Fatimə (s.ə) Peyğəmbərdən (s) sonra cəmi 75, yaxud 95 gün yaşadı. Əksər tarixçilər Xanımın 18 yaşında şəhid olmasını qəbul edirlər (Əllamə Məclisi, Biharul-Ənvar, 43-cü cild, səh-9). Peyğəmbərin (s) vəfatından sonra Əmirəl-möminin Əli (ə) bəzi dostları ilə birlikdə qanunusuz keçirilmiş xilafət seçkisini qəbul etməmiş və İmamın evində cəm olmuşlar. Bu zaman xain plan əsasında həmin evə od vurulur. Fatimə (s.ə) bu hadislərdə İmam Əlinin (ə) vilayətini öz canı ilə qorumağa çalışır, qapı ilə divar arasında qalaraq yaralanır və qısa müddətdən sonra şəhid olaraq dünyasını dəyişir. islamazeri.az Oxşar xəbərlər
|