İmam Hüseyn (ə) hərəminin naxışları yenilənib
Mьəllif: admin1
Tarix: 16-04-2014, 17:43
İmam Hüseyn (ə) hərəminin naxışları yenilənib


İmam Hüseyn (ə) hərəminin içindəki Quran ayələri həkk olunmuş naxışlar müqəddəs türbənin mühəndislik şöbəsi tərəfindən yenilənib

İslamazeri-nin “İqna”-ya istinadən verdiyi xəbərə görə, İmam Hüseyn (ə) müqəddəs hərəminin mühəndislik şöbəsinin rəisi Hacı Kərim əl-Ənbari bu barədə bildirib ki, divarda həkk olunmuş Quran ayələri və surələrinin yeni naxışları eynilə köhnəsi kimidir. Yeni naxışda İranda düzəldilmiş ənənəvi mozaika kafelindən istifadə olunub.

Əl-Ənbari deyib ki, hərəmin içindəki naxışlar qiblə qapısından Həbib Bin Məzahir əl-Əsədinin qəbrinə və şəhidlərin zərihinə tərəf yenilənib Gələcəkdə isə İmam Hüseynin (ə) hərəminin günbəzindəki naxışlar da yenilənəcək.

Xatırladaq ki, hərəmin eyvanındakı naxışlarda “Yasin”, “Fəth” və hərəmin içində “Dəhr” (İnsan), “Tovhid” (İxlas), "Qədr” surələri və “Ayətül-kürsi” əsl kufi xətti ilə nəqş etdirilib.

islamazeri.az
Oxşar xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930