Marneulinin Qırıxlı kəndində yerləşən Azərbaycanın Qarabağ torpaqlarında döyüşdə şəhid olanlar üçün anım mərasimi keçirlib (Foto)
Son Günlər Qarabağ bölgəsində döyüşlərdə şəhid olan əsgərlərmizə Gürcüstanın müxtəlif rayon və kəntlərində yad olunur ehsanlar verilir dualar oxunur.
Bu gündə Marneuli Rayon Qırıxlı kəndində yerləşən xanım Fatimə (s.ə) adına olan Məsciddə Azərbaycanın Qarabağ torpaqlarında döyüşdə şəhid olanlar üçün anım mərasimi keçirlib. Mərasim Məşədi Azər Məmmədovun Quran tilavəti ilə açılıb. Sonra isə Məscidin axundu şəhidlərin şücaətlə vətən uğrunda döyüşdüyünü və Qurani kərimdə şəhidlərin məqamından və onların ən üstün dərəcəyə yüksəlməyindən danışıb. Daha sonra isə çıxış edən kənt ağsaqqalı pedaqoq Kamal Nəbiyev Şəhidlərmizin daima qəlblərmizdə yaşadığnı və dünyanın harasında olmağmıza baxmayaraq millətimizin bir olmağa və Qarabağ həqiqətlərni dünyaya çatdırmağa çağrıb. Məclisin davamında şair jurnalist Nizami Məmmədzadə son günlər qarabağda döyüşərək şəhid olan əsgərlərə həsir etdiyi şeirlərini səsləndirib. Məclisdə şəhidlərin ruhuna dualar oxunub ehsan süfrəsi açılıb. Ahlibeyt.ge Oxşar xəbərlər
|