ATƏT-in nümayəndə heyəti Marneulidə görüş keçirdi (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) milli azlıqlar məsələləri üzrə ali kommisarı Astrid Thors və həmin qurumun milli azlıqların məsələləri üzrə Gürcüstan kordinatoru Nino Qoqoladze Marneulidə dini və ictimai şəxslərlə görüş keçiriblər.
Görüşün əsəs mövzusu din, təhsil və milli azlıqların hüquqları olubdur. Həmin görüşdə Gürcüstan Əhli-Beyt (ə) Cəmiyyətinin sədri Hacı Rasim Məmmədov da iştirak edibdir. Hacı Rasim söhbətində Gürcüstan da dini zəmində olan problemlərin bir hissəsinin həllini tapdığını deyib o cümlədən Gürcüstanda Dini Məsələlər üzrə Dövlət Agentliyin yaradılmasının müsbət hal olduğunu xüsusilə vurğulayıb. Hacı Rasim əlavə edərək bildirib:“ Hələ dini zəmində problemlər mövcuddur lakin mən bu görüşmüzdə yalnız məscidlərə aid problemlərdən danışacam. Bu sahədə 3 növ problem mövcuddur: 1. Gürcü və müsəlman salnamələrinin qeyd etdiyinə görə 646-cı miladi ilində müsəlmanlar Gürcüstana gəliblər və elə o zamandan da özləri üçün məscidlər, mədrəsələr və digər mədəniyyət ocaqları tikiblər. Bu gün həmin məscidlər dövlət balansına götürülübdür. Düşünürəm ki, xalqın ianəsi və şəxsi hesablarına tikilmiş abidələrin dövlət balansına götürülməsi düzgün deyil və qeyd etmək lazımdır ki, bu problemlərin həlli üçün tərəfimizdən alternativ yollar göstərilibdir. 2. Hətta dövlət balansına götürülmüş məscidlərin heç birinə məscid statusu verilməyib. (Qeydə alınan məscidlər reestr sənədində məscid kimi qeyd olunsa da din haqqında qanun olmadığına görə...) 3. Yeni məscidlərin inşası üçün qanunun olmaması və məscid tikintisinə rəsmən icazə verilməməsi. Buna görədə bir çox müsəlman yaşayan məntəqələrdə məscid yoxdur. Bu səbəbdən də xalq öz ənənəvi İslamını öyrənməsi üçün problemlər yaşamaqdadır. Bu boşluqdan isə bəzi xarici ölkələrin uzantısı olan radikal qruplar yararlanırlar.” Oxşar xəbərlər
|