Ahlibeyt.ge xəbər verir ki, bu gün Ali Dini Lider Ayatullah Üzma Seyid Əli Xameinin Azərbaycandakı səlahiyyətli nümayəndəsi Höccətul-islam vəl müslimin Seyid Əli Əkbər Ocaq Necad Gürcüstan Əhli Beyt (ə) Cəmiyyətinin qonağı oldu.
Görüşdə Əhli Beyt (ə) Cəmiyyətin əməkdaşlarının müxtəlif sahələrdə gördükləri işləri təkbə tək dinləyərək, Cəmiyyətin fəaliyyətləri ilə yaxından tanış oldu.
Məmnun qalan qonaq "görünən dağa nə bələdçi" məşhur atalar sözünü qeyd etdi.
Alim sözünün davamında: Əhli-beyt (ə) cemiyyətinin fəaliyyətlərindən öz razılığnı bildirərək cəmiyyətin əməkdaşlarına müvəffəqiyyətlər arzu etdi.
Seyid Əli Əkbər Ocaq Necad Əhli-Beyt (ə) cəmiyyətdən sonra Marneuli şəhərində yerləşən məşhur "Seyyidlər" ziyarətgahına yola düşərək ziyarət etdi.
Həmçinin qonaq seyidlərin nəvələri ilə də görüşdü.