Həzrəti Əli Əkbər (ə) təvəllüdü
Bu gün İslam dünyasının mübarək günlərindən biridir. Əhli-beyt (ə) davamçılarının üçüncü imamı İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) təvəllüd günüdür.
Bu gözəl mövlud münasibətilə başda zamanə imamı olan İmam Zaman (ə.f) olmaqla bütün müsəlmanları "Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti" və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə) Aşiqləri Forumu" və “Zeynəb (s.ə) Qadınlar Birliyi" təbrik edir. Əli Əkbər ağa İmam Hüseynin (ə) himayəsində böyümüş və Əhli-beyt (ə) məktəbinin layiqli davamçılarından olmuşdur. İslamın dirçəlişində öz şəhadəti ilə mühüm rol oynayan kəslərdən biri də həzrət Əli Əkbərdir (ə). O, cavan olmasına baxmayaraq, atası İmam Hüseyn (ə) ilə Kərbəlada rəşadət göstərərək, adını şanlı İslam tarixinə qızıl hərflərlə yazdı. Ahlibeyt.ge Oxşar xəbərlər
|